“Azərbaycanda iqlim şəffaflığı sahəsində liderlik üzrə mentorluq proqramı” ilə bağlı təlim başa çatıb
31 Mart 2023, 12:15
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda iqlim şəffaflığı sahəsində liderlik üzrə mentorluq proqramı”na dair keçirilən təlim başa çatıb.
Təlimin məqsədi iqlim dəyişmələri sahəsində gücləndirilmiş şəffaflıq mexanizminin (ETF) əsasları üzrə ilkin məlumatlarla tanışlıq, ölkədə ölçmə, hesabatlılıq və yoxlama (MRV) sistemlərinin qurulması, nəticələrinin izlənməsi, maraqlı tərəflərin imkanlarının interaktiv təhlili ilə bağlı müzakirələrin aparılması və tematik sahələr üzrə koordinasiya qruplarının yaradılması olub.
Hava keyfiyyəti və iqlim dəyişmələrinə səbəb olan emissiyaların inventarlaşdırılması, proqnozlaşdırma və siyasətlərin təhlili üzrə Böyük Britaniya şirkəti olan “Aether” tərəfindən keçirilən təlimdə Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri iştirak ediblər.