Hər il mart ayının son şənbə günü "Yer Saatı" aksiyası həyata keçirilir.
25 Mart 2023, 17:00
Dünya Vəhşi Təbiət Fondu (WWF ) və tərəfdaşları tərəfindən iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaq üçün ilk dəfə 2007-ci ildə Sidneydə simvolik olaraq işıqların söndürülməsi tədbiri kimi "Yer Saatı" keçirilib.
Hazırda bu aksiya ətraf mühit üçün dünyanın ən böyük kütləvi hərəkatlarından biridir.
Hazırda bu aksiya ətraf mühit üçün dünyanın ən böyük kütləvi hərəkatlarından biridir.
"Yer Saatı" ilə əlaqədar 190-dan çox ölkə və tərəfdaş insanlar, planet üçün daha parlaq gələcək təmin etmək məqsədilə tədbirlər görür. “Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür.