“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib
19 Mart 2023, 15:57
"Qlobal Təkrar Emal Günü"ndə daha bir aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Araz marketdə təşkil edilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 970 litr olan plastik tullantı təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Eyni zamanda, aksiyada iştirak edən uşaqlara müxtəlif yaş kateqoriyalarını əhatə edən ətraf mühitin mühafizəsinə həsr olunmuş kitablar da hədiyyə olunub.
Qeyd edək ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
Aksiyada iştirak edərək təkrar emala dəstək olan bütün vətəndaşlara təşəkkür edir, hər kəsi tullantıların çeşidlənməsinə, təkrar emala yönləndirilməsinə dəstək olmağa, eyni zamanda polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırırıq.