“Azərbaycanda Milli Enerji Məlumatlarının İdarə Edilməsi Sisteminin və Enerji Statistikasının Keyfiyyətinin Təmini” üzrə seminar keçirilir
07 Mart 2023, 17:15
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda Milli Enerji Məlumatlarının İdarə Edilməsi Sisteminin və Enerji Statistikasının Keyfiyyətinin Təmini” üzrə seminar keçirilir.
9 mart tarixinədək davam edəcək tədbirin əsas məqsədi iqlim dəyişmələri problemi ilə əlagədar enerji statistikası məlumatlarının keyfiyyətinin təmini və enerji məlumatlarının idarə edilməsi üzrə müəyyən edilmiş əsas məsələlərin həlli istiqamətində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Beynəlxalq ekspertləri tərəfindən tövsiyələrin hazırlanmasından ibarətdir.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Milli Hidrometeorologiya Xidməti, Milli Elmlər Akademiyası və SOCAR-ın nümayəndələri iştirak edib.