Ekologiya sahəsində dövlət standartları təsdiq olunub
08 Avqust 2014, 12:00
Ekologiya sahəsi üzrə beynəlxalq və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikasının ərazisində tanınması və tətbiqi ilə əlaqədar Ekologiya üzrə Texniki Komitə tərəfindən hazırlanmış AZS İSO 10381-1-2014 “Torpağın keyfiyyəti“ 1 Hissə: Nümunə götürmə-Proqramların hazırlanması üzrə göstərişlər”; AZS İSO 10381-2-2014 “Torpağın keyfiyyəti“ 2 Hissə: "Nümunə götürmə-Texnikalar üzrə göstərişlər”; AZS İSO 10381-3-2014 “Torpağın keyfiyyəti“ 3 Hissə: Nümunə götürmə-Təhlükəsizlik üzrə göstərişlər”; AZS İSO 10381-4-2014 “Torpağın keyfiyyəti“ 4 Hissə: Nümunə götürmə-Təbii, təqribən təbii və əkilmiş sahələrin tədqiqatı üzrə prosedurlara dair göstərişlər”; AZS İSO 11461-2014 “Torpağın keyfiyyəti” “Boru tətbiqi ilə qrunt nümunəsi götürmək üçün həcm payı şəklində torpaq nəmliyinin miqdarının təyini. Qravimetrik üsul”; AZS İSO 11465-2014 “Torpağın keyfiyyəti-Quru maddələrin kütlə payının və nəmliyin kütlə nisbətinin qravimetrik üsulla təyini”; AZS 751.12-2014 (İSO 6060-1989) “Oksigenin kimyəvi sərfi”; AZS 751.13-2014 (İSO 10260-1992) “Təbii sularda xlorofil” “A-nın təyini”; AZS 751.14-2014 (İSO 9391-1993) “Çaylardan makrobentos nümunələrinin götürülməsi”; AZS İSO 14040-2014 “Ətraf mühitin idarə edilməsi. Həyat dövrünün qiymətləndirilməsi. Prinsiplər və struktur”; AZS 762-2014 “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında ammonyakın indofenol metodla təyini”; AZS İSO 4220-2014; “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasının turşu aerozolları ilə çirklənmə indeksinin təyini. İndikator və ya patensiometr vasitəsilə ekvivalent nöqtənin aşkarlanması ilə titrimetrik metod” və AZS İSO 4225-2014 “Havanın keyfiyyəti. Ümumi aspektlər” “Lüğət” dövlət standartları Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 24 iyul 2014-cü il tarixli müvafiq əmri ilə təsdiq edilib.
Bildiririk ki, “Ətraf mühitin mühafizəsi haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən və beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq ekologiya sahəsi üzrə beynəlxalq və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikasının ərazisində tanınması və tətbiqi ilə əlaqədar müvafiq sənədlər işlənib hazırlanması və bu istiqamətdə digər tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 29 iyun 2010-cu il tarixli müvafiq birgə Əmri ilə Ekologiya üzrə Texniki Komitə yaradılmışdı.