“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası davam edir
06 Mart 2023, 19:30
“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası bu dəfə Buzovna qəsəbəsində yerləşən “Rahat”marketdə keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat”marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə martın 5-də keçirilən aksiya zamanı ümumi tutumu 1070 litr olan plastik butulka yığılıb, əvəzində iştirakçılara ekoçantalar verilib.
Xüsusilə qeyd edək ki, aksiyada vətəndaşların bir qismi məhz dəniz sahillərindən yığdıqları plastikləri təhvil veriblər.
Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
Növbəti aksiyaların keçiriləcəyi ərazi və tarix barədə elan öncədən Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılacaq.
Hər kəsi bu aksiyalarda fəal iştirak etməyə, tullantıların çeşidlənməsinə, təkrar emala yönləndirilməsinə dəstək olmağa, eyni zamanda, polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırırıq.