Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə “Bir ağac-min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib.
Aksiya zamanı vətəndaşlar 749 ədəd işlənmiş batareya və ümumi tutumu 35 litr olan şüşə tullantı təhvil verərək əvəzində ağac tingləri əldə ediblər.
Qeyd edək ki, növbəti "Tullantıları tinglərə dəyiş" aksiyası 7 mart, saat 14:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 25 C ünvanında "Araz" marketin qarşısında keçiriləcək.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, tullantıların sayının azaldılmasına və təkrar emala dəstək olmağa çağırırıq.
Əldə etdiyiniz tinglərin əkilməsi ilə bağlı çəkdiyiniz şəkilləri sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Növbəti ting paylama aksiyası keçirilib
06 Mart 2023, 10:20