Növbəti ting paylama aksiyası keçirilib
28 Fevral 2023, 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib.
“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiya zamanı vətəndaşlar şüşə, işlənmiş batareya və plastik tullantı təhvil verib, əvəzində isə onlara ağac tingləri paylanılıb.
Növbəti aksiya 4 mart tarixində saat 13:00-da 6 saylı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək.
Qeyd edək ki, ting paylama aksiyalarının keçiriləcəyi ərazilərlə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.
Hər kəsi növbəti aksiyalarda fəal iştirak etməyə, ağac əkməklə təbiətə töhfə verməyə, tullantıların sayının azaldılmasına və təkrar emala dəstək olmağa çağırırıq.
Əldə etdiyiniz tinglərin əkilməsi ilə bağlı şəkilləri sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.