Baramaçılığın inkişafı məqsədilə 20 000 tut tingi əkilib
23 Dekabr 2022, 17:10
Ölkə ərazisində baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Sabirabad və İmişli rayonlarının meşə fondu ərazilərində yüksək məhsuldarlığa malik tut tinglərinin əkini həyata keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, ETSN və KTN-in əməkdaşlarının, Rayon İcra Hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə 6 hektar meşə fondu torpağında Kənd Təsərrüfatı Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilən 20 000 tut tingi əkilib.
"Əkilmiş tut tingləri baramaçılığın inkişafına, ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə töhfə verməklə bərabər, yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına şərait yaradacaq".