11 dekabr Beynəlxalq Dağlar Günüdür
11 Dekabr 2022, 14:30
BMT-nin qərarına əsasən 2002-ci il dünyada “Beynəlxalq Dağlar İli” adlandırılıb. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılıb.
Dağlar dünyanın biomüxtəlifliyinin qaynar nöqtələrinin təxminən yarısına və bütün əsas biomüxtəliflik ərazilərinin 30%-nə ev sahibliyi edir.
BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada dekabrın 11-i Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Bu günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin cəmiyyət qarşısında qlobal miqyaslı əhəmiyyətinin bir daha önə çıxarılmasıdır.