Yardımlı rayonunun Körədi kəndi ərazisində yeraltı su quyusu əhalinin istifadəsinə verilib
14 İyul 2014, 00:00
2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlər Proqramı”nın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tədbirlər Planı”nın (2011-2015-ci illər) aidiyyəti bəndinə əsasən və “2014-2018-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidməti respublikanın yaşayış məntəqələrinin içməli, təsərrüfat və məişət məqsədli suya artan tələbatını ödəmək üçün etibarlı yeraltı şirin su mənbələrinin axtarışı istiqamətində geoloji-kəşfiyyat işlərini davam etdirir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən “2014-2016-cı illərdə Yardımlı rayonu ərazisində yeraltı şirin su mənbələrinin axtarışı işləri” nin layihəsi və smeta sənədləri hazırlanaraq çöl işlərinə başlanılıb. 2014-cü ilin may-iyun aylarında Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən Yardımlı rayonunun Körədi kəndi ərazisində çat məsamə tipli şirin və az minerallaşmaya malik yeraltı su mənbələrinin axtarışı və ehtiyatlarının ilkin qiymətləndirilməsi məqsədilə kompleks geofiziki və hidrogeoloji tədqiqatlar aparılıb və ərazidə yeraltı suların formalaşması baxımından perspektivli sahə seçilib. Sahədə dərinliyi 140 m olan axtarış-kəşfiyyat quyusu qazılıb. Quyuda aparılan ilkin hidrogeoloji tədqiqatlar (sınaq suçəkmə) nəticəsində 2 litr/san (172,8 m3/gün) həcmdə istifadəyə yararlı yeraltı su mənbəyi aşkar edilib (axtarış quyusunda yeraltı suların statik səviyyəsi yer səthindən 6 m dərinlikdə qərarlaşır).
Axtarış-kəşfiyyat quyusu artıq əhalinin istifadəsinə verilib.
Xatırladaq ki, 2013-cü ildə Lerik rayonunun Anzolu, Monodigah, Siyov, Soru, Əliabad və Gürdəsər yaşayış məntəqələrində də kompleks geofiziki və hidrogeoloji tədqiqatlar həyata keçirilmiş və dərinlikləri 150-160 metr olan 8 axtarış-kəşfiyyat quyusu qazılmışdı. Hazırda həmin kəndlərin əhalisi etibarlı keyfiyyətə malik ekoloji cəhətdən saf yeraltı su mənbələrindən istifadə edir və əhalidən ETSN-nin ünvanına təşəkkür məktubları daxil olur.