Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
18 İyul 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 69 m3/s və ongünlük normanın 33 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 78 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım , Şirvanda 2, Bankədə 5 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 295 sm (2013-cü il iyulun 18-də 318 sm), Şirvanda 127 sm (2013-cü il iyulun 18-də 156 sm), Salyanda 59 sm (2013-cü il iyulun 18-də 98 sm), Bankədə 190 sm (2013-cü il iyulun 18-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 16 sm (2013-cü il iyulun 18-də 50 sm) təşkil edir.