Xəzər sahili ərazilərdə reydlərə başlanılıb
04 İyul 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən hər il olduğu kimi bu il də Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində reydlərə başlanılıb. Reydlərin keçirilməsində məqsəd çimərliklərdə ekoloji qanunvericiliyin tələblərinin gözlənilməsi,
o cümlədən bərk məişət tullantılarının, çirkab suların qanunamüvafiq qaydada idarə olunması vəziyyətinə nəzarəti gücləndirməkdir.
Reydlər Xəzər sahili ərazilərdə fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərində, istirahət mərkəzlərində, eyni zamanda bələdiyyə mülkiyyətinə aid olan yerlərdə keçirilir və mövcud qanunvericiliyə uyğun olaraq təqsirkarların və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görülür. Qeyd edək ki, Xəzər sahilində fəaliyyət göstərən obyektlərdə və ümumiyyətlə sahilyanı ərazilərdə bərk məişət tullantılarının və çirkab suların idarə olunmasına bilavasitə cavabdehliyi həmin obyektlərin sahibləri və aidiyyəti üzrə şəhər, qəsəbə, kənd bələdiyyələri daşıyır.
Keçirilən reydlər zamanı məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları aşkar edilib. Faktlarla bağlı ayrı-ayrı fiziki və hüquqi şəxslər barəsində ümumilikdə 41 akt və protokol tərtib olunub, yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərində olan ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib, eyni zamanda aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib. Hazırda qanun pozucularının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin maddələrinə müvafiq olaraq zəruri tədbirlər görülür.
ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamenti və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin birlikdə keçirdiyi reydlər davam etdirilir.