Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 İyul 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-110, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 90 m3/s və ongünlük normanın 30 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 141 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 1, Salyanda və Bankədə 2 azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 296 sm (2013-cü il iyulun 04-də 361 sm), Şirvanda 135 sm (2013-cü il iyulun 04-də 215 sm), Salyanda 68 sm (2013-cü il iyulun 04-də 162 sm), Bankədə 196 sm (2013-cü il iyulun 04-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 20 sm (2013-cü il iyulun 04-də 88 sm) təşkil edir.