Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Mingəçevir şəhərində vətəndaşlarla görüşüb

23 Dekabr 2015, 00:00

  23 dekabr 2015-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

  Görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin 
qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

  Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. 

  Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.