Xoşagəlməz qoxu ilə bağlı monitorinq keçirilib
22 Dekabr 2015, 00:00
ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlımonitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb. Analizlərinnəticələrinə görə atmosfer havasında olan zərərli qaz qarışıqları sanitar norma həddində olub. Son 3 gün ərzində Bakı şəhərində əlverişsiz meteroloji hava şəraiti ilə bağlı atmosferə atılan tullantıların, qaz qarışıqlarının səpələnməsi passivləşib, bu da əsasən Xətai rayonu, Babək prospekti və Azadlıq meydanı ətrafı ərazilərdə havadan pis qoxunun yayılmasına səbəb olub. Havada insan sağlamlığına zərər verə biləcək qaz qarışıqlarının heç birində artım qeydə alınmayıb.
Qeyd edək ki, neft emalından və nəqliyyat vasitələrindən atılan tullantılar pis qoxu ilə müşayiət edilir və gecə saatlarında temperaturunaşağı olması, gündüz isə yüksəlməsi nəticəsində ağır hava aşağı təbəqələrdə sıxılıb qalır. Məhz bu da qaz qarışıqlarının səpələnməsinə imkan vermir və havada pis qoxunun əmələ gəlməsinə şərait yaradır. Bu qoxu təbii ki insanlarda diskamfort əmələ gətirir.