İctimai dinləmə keçiriləcək
12 Dekabr 2019, 12:00
Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə keçiriləcək ictimai dinləmə bu gün saat 15:00-da ETSN-nin Dövlət Ekspertiza İdarəsində təşkil olunacaq. ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə bir müddət əvvəl xəbər verdiyimiz kimi ictimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət, QHT nümayəndələri, aidiyyəti mütəxəssislər iştirak edəcək və ETSN-nin mütəxəssisləri ölkə və regional əhəmiyyətli hər bir layihənin ətraf mühitə təsirlərini, onların kompensasiyası mexanizmlərini açıqlayacaq, layihə icraçılarının məsuliyyət yükü barədə ictimaiyyəti məlumatlandıracaq.