Ekologiya və Təbii Sərvətlər naziri və nazir nüavinləri vətəndaşları qəbul edəcək
11 Dekabr 2019, 11:42
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 20 dekabr 2019-cu il tarixində saat 9:00-da Şirvan şəhərinin və Hacıqabul rayonunun vətəndaşlarını Şirvan şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) qəbul edəcək.
20 dekabr 2019-cu il tarixində saat 9:00-da, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Saatlı rayonunun vətəndaşları ilə Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti), nazir müavini Rauf Hacıyev isə Sabirabad rayonunun vətəndaşları ilə Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 95) görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 012-585-45-47, 050-387-42-26, 055-459-60-00) xahiş olunur.