Xəbərlər

Şirvan milli parkında qaçış marafonu keçirilib

08 Dekabr 2019, 12:00

Dekabrın 7-də Şirvan milli parkında “Təbiətimiz evimiz, sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et” şüarı altında qaçış marafonu keçirilib.
Marafonunun keçirilməsində məqsəd təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, eyni zamanda insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Bunu jurnalistlərə açıqlamasında Şirvan milli parkının direktoru Arzu Mustafayev bildirib.
O qeyd edib ki, Azərbaycanın milli parklarında təşkil olunan bu cür maarifləndirici tədbirlər insanların həftəsonu istirahətlərini təbiət ərazilərində səmərəli keçirmələri üçün bir nümunədir. 
 Sonda marafonda qalib gələn iştirakçılar mükafatlandırılıb.