"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2868 saylı Sərəncamı ilə təsis edilmişdir.    

01.01.2022-ci il tarixinə olan məlumat:         

Cəmiyyətin xidməti ərazisi: 4476 ha  

Becərilən ağacların sayı: 5695399 ədəd

Yaşıllıqlar magistral avtomobil yolları boyu 6 istiqamətdə arid, şoranlaşmış, bataqlaşmış, neft və tikinti tullantıları ilə çirklənmiş, istifadəsiz qalmış ərazilərdə salınmışdır:

           

Sıra

 

 

Yaşıllıqların salındığı ərazilər (idarələr, magistral avtomobil yollarının ətrafı)

 

Uzunluğu,

km

 

Sahəsi,

ha

 

 

Becərilən ağacların sayı

ədəd

1.

Bakı-Qazax m. a. yolu  (1 saylı Y.İ.)

39

1118

1645150

2.

  Zığ-H.Əliyev Hava Limanı m.a.yolu (2 saylı Y.İ.)

20

1241

1156340

3.

Bakı –Şamaxı m.a.yolu (3 saylı Y.İ.)

27

654

721304

4.

 Ələt –Astara m.a.yolu (4 saylı Y.İ)

27

700

781699

5.

Bakı-Quba  m.a.yolu (5 saylı Y.İ.)

58

517

799415

6.

6 saylı (Bayıl yamacı və Xocasən gölünün ətrafı)

13

246

591491

 

Cəmi

184

4476

5695399

Son inventarlaşmaya əsasən bitiş faizi: 97%

Qeyd: 1. AR NK-nin 07.12.2021-ci il tarixli 684s nömrəli sərəncamına əsasən 01.01.2022-ci il tarixdən ASC-nin balansında olan 1 saylı Y.İ. Hacıqabul hissəsinin (481 ha-da 647457 ədəd) Hacıqabul RİH-nə, 3 saylı Y.İ. Cəngi hissəsinin (369 ha-da 379861 ədəd) Qobustan RİH-nə, 5 saylı Y.İ. Siyəzən hissəsinin (178 ha-da 210015 ədəd) Siyəzən RİH-nə , cəmi 1028 ha-da (1237333 ədəd) salınmış yaşıllıqların aidiyyəti üzrə RİH-lərinə verilməsinə başlanmışdır. Hal-hazırda təhvil-təslim işləri aparılır.

Yaşıllıqların suvarılması 11 min km-dən çox uzunluğu olan müasir damcılı suvarma sistemləri vasitəsi ilə həyata keçirilir.

Yaşıllaşdırma İdarələri

“Azəryaşlandşaft” ASC-nin xidməti ərazilərində salınmış yaşıllıqların becərilməsi və qorunub mühafizə olunması bu məqsədlə yaradılmış Yaşıllaşdırma İdarələri tərəfindən həyata keçirilir:

1 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Qazax magistral avtomobil yolunun ətrafının və Ələt-Hacıqabul (73-113 km) hissələrinin yaşıllaşdırılması məqsədi ilə 2008-ci ildə yaradılmışdır. İdarənin inzibati binası Bakı-Qazax magistral avtomobil yolunun 77-ci km-də sağ tərəfdə yerləşir.

2 saylı Yaşıllaşdırma İdarəsi – Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması məqsədi ilə 2008-ci ildə yaradılmışdır. İdarənin inzibati binası Hövsan qəsəbəsinin ərazisində, Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun 21 km-də sağ tərəfdə yerləşir.

3 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Şamaxı magistral avtomobil yolunun Müşviqabad-Pirəkəşkül (25-33 km) və Cəngi (04-31 km) hissələrinin ətrafının yaşıllaşdırılması məqsədi ilə 2010- cu ildə yaradılmışdır İdarənin inzibati binası Bakı-Şamaxı magistral avtomobil yolunun 27-ci km-də sol tərəfdə yerləşir.

4 saylı Yaşıllaşdırma İdarəsi – Ələt-Astara magistral avtomobil yolunun ətrafının Ələt-Salyan hissəsinin yaşıllaşdırılması məqsədi ilə 2010-cu ildə yaradılmışdır. İdarənin inzibati binası Salyan ərazisində, Ələt-Astara magistral avtomobil yolunun 11-ci km-də  sağ tərəfdə yerləşir.

5 saylı Yaşıllaşdırma İdarəsi - Bakı-Quba magistral avtomobil yolunun ətrafının H.Z.Tağıyev-Zarat (45-83 km) və Zarat-Şabran hissələrinin yaşıllaşdırılması məqsədi ilə 2009-cu ildə yaradılmışdır. İdarə binası Bakı-Quba yolunun 65-ci km-liyində, Xızı rayonunun Stalçay qəsəbəsinin inzibati ərazisində yerləşir.

6 saylı Yaşıllaşdırma İdarəsi - Bayıl Yamacının yaşıllaşdırılması məqsədi ilə 2010-cu ildə yaradılmışdır. İdarənin xidməti ərazisi Bayıl yamacında və Xocahəsən gölünün ətrafında yerləşir.

Suvarma Sistemlərin Təmiri və İstismarı İdarəsi - Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsi Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin 07.07.2009-cü il tarixli 333/ü nömrəli əmri ilə “Azəryaşlandşaft” ASC-nin tabeliyinə verilmişdir.

İdarə qeyri-meşə fondu torpaqlarında, o cümlədən maqistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda salınmış yaşıllıqların suvarılmasını təmin etməkdən ötəri suvarma sistemlərinin çəkilməsini və təmirini həyata keçirmək məqsədi ilə yaradılmışdır.

İdarənin inzibati binası Suraxanı rayonu, Bülbülə şəhər tipli qəsəbəsi, S. Əliyev küçəsi, yaşayış massivi A ünvanında  yerləşir.

“Xəzər Dəniz suyunun Duzsuzlaşdırılması” İdarəsi - 2013-cü ildə Azərbaycanda alternativ su mənbələrinin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi yaradılmışdır.

Hazırda zavodda istehsal olunan duzsuzlaşdırılmış sulardan ətraf ərazilərdə yerləşən 200 hektar yaşıllıqların və ildə milyondan çox əkin materialı yetişdirən tinglik sahəsinin suvarılmasında istifadə edilir.

“Azəryaşlandşaft” ASC-nin tabeli idarələrinin tinglik sahələrində yetişdirilən əkin materialları haqqında   məlumat

2021-ci il ərzində ASC-nin tabeli idarələrinin tinglik sahələrində səpilmiş müxtəlif cinsli ağac, kol toxumlarından və bastırılmış çiliklərdən 1 milyon 070 min 600 ədəd müxtəlif meyvə, dekorativ və meşə cinslərinin ting və toxmacarları yetişdirilmişdir.

Ümumilikdə idarələrin tinglik sahələrində, keçən illərdən qalan əkin materialları da nəzərə alınmaqla, cəmi 3431300 ədəd müxtəlif cinsli əkin materialları yetişdirilmişdir ki, bunun da 807150 ədədi il ərzində yaşıllaşdırma idarələrində və aqro-meşə massivlərinin salınmasında istifadə olunmuşdur.

Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırıqlarına və bölgülərinə əsasən regionlarda baramaçılığın inkişafına dəsdək vermək məqsədi ilə 2021-ci ildə cəmi 201500 ədəd tut toxmacarları aidiyyatı üzrə RİH-lərinə əvəzsiz olaraq verilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 2021-ci ilin yaz və payız əkini mövsümlərində vətəndaşların, ictimai təşkilatların, dövlət qurumlarının işçilərinin ağacəkmə kampaniyalarında daha fəal iştirakını təmin etmək üçün onlara müxtəlif meyvə və dekorativ cinsli 49990 ədəd ting və toxmacar əvəzsiz olaraq paylanılmışdır.

01.01.2022-ci ilə tingliklərdə 1 629 8301 ədəd, o cümlədən 544 120 ədəd standart ting və toxmacar qalmışdır. Yetişdirilən əkin materiallarından 596280 ədədi paket və dibçəklərdədir.