Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq idarəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR
00 0000
Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1. Səyyar laboratoriyanın satın alınması.
Lot üzrə satın alınacaq mallar (işlər və xidmətlər) barədə ətraflı məlumat (miqdarı, həcmi, xüsusiyyətləri, təqdim olunması vaxtı və yeri və s.) tenderin əsas şərtlər toplusunda göstərilmişdir.
İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender təkliflərində iddiaçılar tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini göstərməlidir. Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti, qrafikə uyğun malların (işlərin və xidmətlərin) təhvil verilməsi.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edilə bilər. Əlaqələndirici şəxs: Həsənov Nemət Həsən oğlu. Tel.: (+994 12) 371 62 56; (+994 55) 788 04 78; fax: (+994 12 379 44 43; e-mail: e-mail: x.office@eco.gov.az) ünvan: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3.
Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuşdur. Tenderin əsas şərtlər toplusunu almaq istəyənlər 250 (iki yüz əlli) manat iştirak haqqı köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Swift kod: BİK.CTREAZ22
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Benefisiarin adı: Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi
Benefisiarın hesabı: AZ78CTRE00000000000002197901
VÖEN: 2000249921
Büdcə təsnifatının kodu 142340, büdcə səviyyəsinin kodu:7, fond 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 10 iyun 2019-cu il saat 17:00 tarixə qədər aşağıdakı sənədləri (tender təklifi və təklifin 1% bank zəmanəti istisna olmaqla) təqdim etməlidirlər.
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;
- Iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- Iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
İddiaçılar tender təklifi (təklif zərfləri açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və ümumi təklifin 1%-i həcmində tender təklifinin təminatını - bank zəmanətini (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) - 18 iyun 2019-cu il saat 17:00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 ünvanında yerləşən tender komissiyasına təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 ünvanında yerləşən Xəzər Komleks Ekoloji Monitorinq idarəsində 19 iyun 2019-cu il tarixdə saat 15:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndəsi etibarnamə əsasında tenderdə iştirak edə bilər.
Tender komissiyası