Elanlar

Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün müraciətlərin qəbul olunması ilə bağlı Elan

00 0000

Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün aşağıda qeyd edilən istiqamətlər üzrə vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərin müraciətləri qəbul olunur.
-Suvenir və hədiyyələrin satışı ilə əlaqədar hər birinin eni 2 m, uzunluğu 3 m olmaqla yüngül alminium konstruksiya materialından düzəldilmiş 2 (iki) ədəd köşkün istifadəsi üçün.
-Eni 3 m, uzunluğu 4 m olmaqla yüngül taxta konstruksiya materialından düzəldilməsi nəzərdə tutulan 2 (iki) ədəd ayaqüstü qida məhsullarının satışı ilə bağlı köşkün quraşdırılması və istifadəsi üçün.                                                                  
-Mövcud 300 m2 ərazini əhatə edən faktiki hazır vəziyyətdə olan yüngül taxta və dəmir konstruksiya materialından düzəldimiş 15 ədəd köşkün istfadəsi üçün. 
-Turistlərin dağ geyimi, yataq kisəsi, çadır, velosiped və s. turist ləvazimatları ilə təmin olunması üçün eni 2 m, uzunluğu 3 m olmaqla  1 (bir) ədəd  xidmət köşkünün qurulması və istifadəsi üçün. 
Maraqlanan şəxslər 2019-cu ilin 31 may tarixinə kimi müraciət edə bilər! 
Əlaqələndirici şəxs: Rəşad Allahverdiyev 
Tel: +994 55 455 35 54
e-mail: allahverdiyev.r@eco.gov.az