Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti AÇIQ TENDERƏ DƏVƏT EDİR
00 0000
Tender 2 (iki) lot üzrə keçirilir:
Lot-1. Atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin radar müşahidəsi sisteminin modernləşdirilməsi
Lot-2. Dəniz hidrometeoroloji şəbəkəsinin modernləşdirilməsi
Hər 2 (iki) lot üzrə satın alınacaq mallar (işlər və xidmətlər) barədə ətraflı məlumat (miqdarı, həcmi, xüsusiyyətləri, təqdim olunması vaxtı və yeri və s.) tenderin əsas şərtlər toplusunda göstərilmişdir.
İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender təkliflərində iddiaçılar tender predmetini səciyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini göstərməlidir. Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti, qrafikə uyğun malların (işlərin və xidmətlərin) təhvil verilməsi.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edilə bilər. Əlaqələndirici şəxs: Əsgərov Əkbər Aydın oğlu. Tel.: (+99412) 567 39 64, Mob.: (+994 050) 275 65 85, e-mail: akber1@yandex.ru, ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 10.
Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə olunmuşdur.
Tenderin əsas şərtlər toplusunu almaq istəyənlər birinci lot üzrə 600 manat və ya həmin məbləğin ABŞ dolları ekvivalentində, ikinci lot üzrə 150 manat və ya həmin məbləğin ABŞ dolları ekvivalentində iştirak haqqı köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Alan bank: Dövlət Xəzinədarlığı Agentliyi,
VÖEN: 1401555071,
kod 210005,
M/h: AZ41NABZ01360100000000003944,
SWIFT: CTREAZ22
Alan təşkilat: Milli Hidrometeorologiya Departamenti,
VÖEN: 1500356981
büdcə təsnifatının kodu 142340,
büdcə səviyyəsinin kodu:7, fond 7,
hesab № AZ78CTRE00000000000002197707
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 7 iyun 2019-cu il yerli vaxtla saat 17:00 tarixə qədər aşağıdakı sənədləri (tender təklifi və təklifin 1% bank zəmanəti istisna olmaqla) təqdim etməlidirlər.
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;
- Iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- Iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
İddiaçılar tender təklifi (təklif zərfləri açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və ümumi təklifin 1%-i həcmində tender təklifinin təminatını - bank zəmanətini (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) - 13 iyun 2019-cu il yerli vaxtla saat 17:00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, Heydər Əliyev pr., 10 ünvanında yerləşən tender komissiyasına təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri azərbaycan dilinə tərcümə edilərək təsdiq olunmalıdır). Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri Bakı şəhəri, Heydər Əliyev pr., 10 ünvanında yerləşən Milli Hidrometeorologiya Departamentində 14 iyun 2019-cu il tarixdə lot-1 üzrə yerli vaxtla saat 15:00-da, lot-2 üzrə yerli vaxtla saat 16:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndəsi etibarnamə əsasında tenderdə iştirak edə bilər.
Tender komissiyası