Elanlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti AÇIQ TENDERƏ DƏVƏT EDİR

00 0000

Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1. Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi aparılmaqla, gölməçələrin qurudulması və təmizlənməsi üçün məsləhətçi şirkətin cəlb olunması işlərinin satın alınması.
Göstərilən sahədə on ildən çox beynəlxalq iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər.
Xidmətlər barədə ətraflı məlumat (miqdarı, xüsusiyyətləri, təqdim olunması vaxtı və yeri və s.) tenderin əsas şərtlər toplusunda göstərilmişdir.
İddiaçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender təkliflərində iddiaçılar tender predmetini səciyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir. Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Təkliflərin qiymətləndrilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: təklifin qiyməti, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, qrafikə uyğun malların (işlərin və xidmətlərin) təhvil verilməsi.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edilə bilər. Əlaqələndirici şəxs: Emin Qarabağlı, Tel.: (+99412) 538 85 13, Mob.: (+99450) 386 52 58, e-mail: emin.garabaghli@eco.gov.az, ünvan: Bakı şəhəri, Bəhram Ağayev k., 100A.
Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə olunmuşdur.
Tenderin əsas şərtlər toplusunu almaq istəyənlər 2000 manat və ya həmin məbləğin ABŞ dolları ekvivalentində iştirak haqqı köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Alan bank: Dövlət Xəzinədarlığı Agentliyi, VÖEN: 1401555071, kod 210005, 
M/h: AZ41NABZ01360100000000003944
SWIFT: CTREAZ22
Alan təşkilat: Ətraf Mühitin Mühafizəsi Departamenti, VÖEN: 1300612031
büdcə təsnifatının kodu 142340, büdcə səviyyəsinin kodu: 7, fond 7,
Hesab №: AZ93CTRE00000000000002198407.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 23 oktyabr 2018-ci il yerli vaxtla saat 17:00 tarixə qədər aşağıdakı sənədləri (tender təklifi və təklifin 5% bank zəmanəti istisna olmaqla) təqdim etməlidirlər.
-   Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-   İştirak haqqının ödənilməsi barədə bank sənədi;
-   Analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
-   Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış; 
-   Iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-   Iddiaçının son on ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-   Iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (iddiaçının hüquqi sənədlərinin surəti notarial qaydada təsdiqli olmalıdır);
-   Iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-   İddiaçının malik olduğu beynəlxalq sertifikatların surəti (notarial qaydada təsdiqli olmalıdır).
İddiaçılar tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və ümumi təklifin 5%-i həcmində tender təklifinin təminatını - bank zəmanətini (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) 30 oktyabr 2018-ci il yerli vaxtla saat 17:00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, Bəhram Ağayev k., 100A ünvanında yerləşən tender komissiyasına təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri azərbaycan dilinə tərcümə edilərək təsdiq olunmalıdır).
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, Bəhram Ağayev k., 100A ünvanında yerləşən Ətraf Mühitin Mühafizəsi Departamentində 31 oktyabr 2018-ci il tarixdə yerli vaxtla saat 15:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndəsi etibarnamə əsasında tenderdə iştirak edə bilər.

  

Tender komissiyası