Elanlar

Azərbaycan Respublikası ərazisində 2018-2019-cu illər üzrə ov mövsümünün başlanması ilə bağlı

00 0000

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti bildirir ki, Azərbaycan Respublikası ərazisində 2018-2019-cu illərin ov mövsümü 2018-ci il 26 may tarixindən etibarən açıq elan edilmişdir.
Azərbaycan Respublikası ərazisində 2018-2019-cu illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilmişdir:
 

Ov obyekti olan vəhşi

heyvan və quş növü

Ovlanma müddəti

Adambaşına 1 dəfəlik norma

Dağıstan turu

26 may 2018-ci il –

13 oktyabr 2018-ci il

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Qaban (Çöl donuzu)

15 sentyabr 2018-ci il –

22  dekabr 2018-ci il

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Dovşan

17  noyabr 2018-ci il –

12 yanvar 2019-cu il

2 baş

Bataqlıq qunduzu (nutriya)

06 oktyabr 2018-ci il-

16  fevral 2019-cu il

(volyerlərdə  saxlamaq

üçün)

Nutriya təsərrüfat-

ları olan təşkilatlar üçün

Cüllüt (ağquyruq  çökükburun,  qırqıldayan cüllüt, kiçik kroşnep

və çöl haçaquyruq cüllütü istisna olmaqla)

15 sentyabr 2018-ci il –

24 noyabr  2018-ci il

6 ədəd

 

Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla)

 

13 oktyabr 2018-ci il –

16  mart  2019-cu il

1 ədəd

Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla)

13 oktyabr 2018-ci il –

16 mart  2019-cu il

4 ədəd

Qaşqaldaq

13 oktyabr 2018-ci il –

16 mart  2019-cu il

6 ədəd

 

Alabaxta və bildirçin

 

24 avqust 2018-ci il-

17 noyabr 2018-ci il

6 ədəd

Azərbaycan Respublikasının ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il  boyu ovlanmasına icazə verilir.
Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə aşağıda göstərilən rayonların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
-  qaban (çöl  donuzu) - Lənkəran,   Astara,  Lerik,  Qax,  Cəlilabad, Zaqatala, İmişli,  Qusar,  Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı;
-  dağıstan turu -  Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz;
- dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;
- vəhşi quşlar - yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi  müəyyən olunmuş ov sahələrində.
Ov qadağan edilir: Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında.