Elanlar

Gənc İqlim Elçiləri proqramının genişlənən komandasında sən də öz yerini al!

11 May 2024

COP28 və Baku Decides tədbirləri zamanı elçilərimiz seminarların, təlimlərin bir parçası olub və müxtəlif təşəbbüslər həyata keçirərək yaşıl dünya naminə öz fəallıqlarını nümayiş etdirib. İndi sıra sənindir!

#YaşılüçünGəncİqlimElçiləri həştəqi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində Gənc İqlim Elçiləri proqramının genişləndirilməsi məqsədilə komandamıza 10 yeni üzvün qəbuluna start verilir.  
 
Layihənin əsas məqsədi gənc nəslin bilik və bacarıqlarının artırılması yolu ilə onların ölkənin iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb edilməsi və eyni zamanda onların iqlim dəyişikliyinə qarşı tədbirlər görməkdə liderlik rolu oynamaq üçün lazım olan bacarıq və biliklərə malik olmasını təmin etməkdir. Seçilmiş Gənc İqlim Elçiləri - gənclərin, eləcə də digər geniş əhali qruplarının iqlim böhranı və ətraf mühitin mühafizəsi barədə maarifləndirilməsində fəal rol oynayacaqlar.

Layihə çərçivəsində həm də gənclərin dövlət və özəl müəssisələr və digər tərəfdaşlarla əməkdaşlıqda, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi ilə bağlı birgə təşəbbüslərin həyata keçirilməsinə yol açacaq.  

Gənc İqlim Elçiləri xüsusilə DİM üzrə Gənc Səfirlər tərəfindən ölkəmizdə icrası nəzərdə tutulan iqlim tədbirlərinin təşkilatçılığında aktiv rol oyanayacaq.

Layihəyə hazırda Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayan gənclərin müraciətləri qəbul edilir.
 
Əsas seçim meyarları: 
 
⦁    Yaş həddi 14-20 yaşadək;

⦁    Ətraf mühit, ekologiya və ya əlaqəli sahələrdə təhsil alması;

⦁    İqlim elmləri, ətraf mühit mühəndisliyi və ya əlaqəli sahələrdə əlavə təhsil və ya kurs keçməsi;

⦁    Ən azı bir ekoloji startap və ya layihənin təsisçisi, aktiv iştirakçısı olması;

⦁    Kommunikasiya və təqdimat bacarıqları, fikirlərini effektiv şəkildə ötürmə qabiliyyəti;
 
⦁    Mükəmməl Azərbaycan dili, ingilis dili biliklərinə sahib olması;

⦁    İqlim təşəbbüsləri, COP və digər iqlimlə bağlı qlobal fəaliyyətlərlə bağlı məlumatlılığın olması;

⦁    Keçmişdə ekoloji və ya iqlimlə bağlı layihələrdə iştirak etməsi;

⦁    İqlim dəyişikliyi fəaliyyətləri və ətraf mühitin qorunması mövzusunda öyrənmək həvəsi olması;

⦁    İqlim və ətraf mühit mövzularında texnoloji alətlərdən istifadə bacarığı;

⦁    Sosial media və digər kommunikasiya vasitələri ilə ekoloji təşəbbüsləri təbliğ etmək bacarığı;

⦁    Ətraf mühit və iqlim mövzularında güclü əxlaq və sosial məsuliyyət hissi;

⦁    Davamlılıq və ətraf mühitin qorunmasına sadiq olması;

⦁    Ekoloji və iqlim təşəbbüsləri yaratmaq və idarə etmək qabiliyyəti;

⦁    Ekoloji sahədə təlimçi kimi fəaliyyətinin olması;

⦁    Regional səviyyədə işgüzar səfərlərə getmə imkanına sahib olması.
 
Seçilmiş 10 namizəd aşağıdakı fəaliyyətlərə cəlb ediləcəklər:
 
- İqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması sahəsində bilik və bacarıqların artırılması;

- İqlim Elçiləri tərəfindən “Regional İqlim Həftəsi”nin milli səviyyədə icrasında təlimçi kimi dəstək göstərməsi;

- Fəal İqlim Elçilərinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində keçirilən yerli və qlobal təşəbbüslərdə iştirakı üçün imkanların yaradılması.

Maraqlanan namizədlər 16 may, saat 18:00-dək aşağıda tələb edilənləri təqdim etməlidirlər:
 
Qeydiyyat üçün link: https://tinyurl.com/d2ptvybv