Hirkan Milli Parkı ərazisində fəaliyyət göstərən ekoturizm marşrutları
Bütün marşrutlar haqqında məlumatlar ofis binasındakı vizit mərkəzindən alınır. Burada ziyarətçilər ilkin qeydiyyata alınır, müvafiq qaydada biletlərin satışı təşkil olunur, buradan braşurlar, bukletlər də əldə etmək olar. Astara bölgəsindən olan yerli ziyarətçilər Alaşa-İstisu marşrutlarını ziyarət etmələri üçün ilkin informasiyaları Alaşa giriş qapısında ala, elə ordada qeydiyyata düşə və bilet əldə edə bilərlər.
Parka biletsiz daxil olmaq olmaz. Qeydiyyatdan keçməmiş ziyarətçilər biletin qiyməti müqabilində və ya onun iki misli dəyərində cərimə oluna bilərlər.
I Marşrut
Xanbulan ətrafı mənzərələrlə tanışlıq
Marşrutun təqribi vaxtı 2,5 saat, marşrutun ilk hissəsi vizit mərkəzindən başlayaraq avtomobillə təqribən 10-15 dəqiqə, qalan ərazi piyadə həyata keçirilir.
Bu müddət ərzində ziyarətçilər maraqlı meşə mənzərələri ilə, qarışıq meşə tipinin dendraflorası, Xanbulan gölunun mənzərəsi və tirəndaz mağarası ilə tanış ola, eyni zamanda təbiət haqqında maraqlı məlumatlar əldə edə bilər, həmçinin Xanbulan gölü ətrafında istirahət edə bilərlər.
Marşrut Xanbulan mehmanxanasının yanından başlanır. Bir qədər irəlidə informasiya tablosunda marşurutun xəritəsi, marşurutu əks etdirən bir neçə şəkil və marşurutun maraqlı nöqtələri haqqında cəlbedici maraqlı informasiya verilib. Bu artıq burada gecələmiş turistlər üçün əlverişlidir. Rəhbər marşurutun başlanğıcında marşurut haqqında məlumat verir.
- Hirkan tipli qarışıq meşə
Bu nöqtədə dəmirağacının yaratdığı meşə tipi, ayrı – ayrı növlər və s. haqqında məlumat verilir.
Burada Hirkan Milli Parkının aşağı düzən hissəsini, Moskva meşəsini, Lənkəran və Astara şəhərlərinin və onlarla qonşuluqda olan ərazilərin panoramasını, Xəzər dənizini, gözəl təbiət mənzərələrini seyr etmək olarş Burada rəhbər Hirkan tipli meşələrin yaranması, tarixi və digər maraqlı informasiyalar verir.
Bu nöqtədə iri çoxillik cökə ağaclarını görmək olar və onların təbiətdə və insanların həyatında faydaları haqqında məlumatlar əldə etmək olar. Yıxılmış çoxillik dəmirağacının budaqları üstündə oturub dincəlmək və yaxınlıqdakı dəmirağacı meşəsinin seyr etmək və qrup rəhbərinin dəmirağacı ilə bağlı məlumatlarını dinləmək olar.
Bu nöqtə istirahət etmək üçün ən əlverişi yerdir. Dincəlmək, gölün gözəl görüntüsünü seyr etmək olar. Amma, çimmək olmaz. Qrup rəhbəri burada gölün tarixi su tutumu, istifadə məqsədləri və s. haqqında məlumat verir.
Burada yenə də çox maraqlı dəmirağacı meşəsinin yaratdığı mənzərələrlə tanış olmaq olar.
Bura meşədən çıxılan ərazidir. Burada köhnə su nasos stansiyası var ki, o da ziyarətçiləri adətən cəlb edir.
Bu marşurut üçün lazım olan avadanlıqlar: İçməli su ehtiyatı, həvəskar balıqçılar üçün tilov, balta, bıçaq, 30-40 m. uzunluğunda kəndir, binokl, ilkin tibbi yardım üçün lazım olan müxtəlif tibb ləvazimatları.
II Marşrut
Moskva meşəsi
Bu marşrut təqribən 1-1,5 saata nəzərdə tutulur. Marşrutun ilk hissəsi vizit mərkəzindən başlayaraq avtomobillə təqribən 15-25 dəqiqə, qalan ərazi piyada həyata keçirilir. Bu marşurut yaşlı insanlar, məktəb yaşlı ziyarətçilər və təbiətdə gəzməyə fiziki imkanı zəif olan insanlar üçün əlverişlidir.
- Hirkan qovaqları
- Başlanma nöqtəsi
Köhnə fermanın həyətindəki iri azat ağacının altındakı bulağa qədər maşınla gəlinir, burada su ehtiyatını götürüb piyada yolu davam etdirilir. Burada qoyulan informasiya tablosunda marşurutun xəritəsi, marşurutu əks etdirən bir neçə şəkil və marşurutun maraqlı nöqtərəri haqqında cəlbediji maraqlı informasiya verilib. Qrup rəhbəri marşurutun başlanğıcında marşurut haqqında məlumat verir.
Çox maraqlı mənzərəsi olan kiçik göldür. Burada Hirkan tipli aşağı meşələrin xarakterik xüsusiyyətləri haqqında və su bitkiləri haqqında məlumat verir.
Bu nöqtədə hirkan qovaqlarının digər növlərindən fərqi və onların meşəəmələgətirmədə rolu və s. haqqında məlumat verilir.
Təqribən 350-400 yaşı olan sağlam palıd ağacları nümunələri haqqında məlumat almaq onların möhtəşəm kökləri üstündə oturub minilliklər bundan öncə mövcud olmuş meşə nümunəsi haqqında məlumat əldə etmək olar.
- Qarışıq tipli hirkan meşəsi
Bu nöqtədə qarışıq hirkan tipli meşə nümünələrinin və onları əmələ gətirən həmişəyaşıl, relikt və nadir endemik bitki növləri haqqında dolğun məlumat almaq olar.
Bura marşuruta başladığımız yerdir.
III Marşrut
Şəlalə
Bu marşrut təqribən 2,5-3 saata nəzərdə tutulur. Marşrutu avtomobillə getmək olar amma, bəzi punktlarda maşından enmək lazım gələcək.
Vizit mərkəzindən birbaşa avtomobillərə
Yol üstü Xanbulan gölünün gözəl panoramasını seyr etmək olar
Şəhərdən gəlmiş insanlar üçün kəndin mənzərəsi çox cəlbedici olur və bu baxımdan Daştatük kəndnin mənzərələri diqqəti çox cəlb edir.
Burada təmiz və sərin çay suyunda sərinlənmək olar
Meşə, çay və kənd haqqında ətraflı məlumat əldə etmək olar.
Təqribən 400-450 yaşı olan qocaman qoz ağacının altında yerləşən bu bulaq çox təmiz və saf suya malikdir. Ətrafında çoxillik ağcaqayın, məxməri gərməşov və s. növlərlə tanış olmaq olar və onlar haqqında maraqlı məlumatlar əldə etmək olar. Bu yer istirahət etmək üçün çox əlverişlidir
Şəlaləyə təqribən 25 dəqqiqə piyada düşülür. Buradan geriyə yenidən avtomobillə və ya çayın içi ilə piyada hərəkət edərək Daşdatuk kəndinin körpüsünədək gəlmək mümkündür. Beləliklə, maraqlı mənzərələrin şahidi olmaq olar.
Yenidən vizit mərkəzinə qayıdılır, buradan marşrut üçün olan ləvazimatları götürmək və təhvil vermək olar.Bu marşurut üçün lazım olan avadanlıqlar: Həvəskar balıqçılar üçün tilov, yolda içməli su ehtiyatı, binokl, ilkin tibbi yardım üçün lazım olan müxtəlif tibb ləvazimatları.
IV Marşrut
İstisu
Bu marşrut təqribən 4,5-5 saata nəzərdə tutulur. Marşrutu avtomobilə getmək olar bəzi punktlarda maşından enmək lazım gəlir.
Vizit mərkəzindən birbaşa avtomobillərə
Ərçivan kəndi ərazisində yerləşən təbii yanar bulaq çox insanlar üçün maraqlı olur. Su içməlidir və müalicəvi əhəmiyyətə malikdir.
Alaşa kəndindində mövcud olan kurqanlarla və həmçinin digər tarixi abidələrlə (Divəkə, Qurii Nəbi və s. arxeoloji tarixi abidələrlə və qrup rəhbərinin bu abidələr haqqında olan məlumatları ilə tanış olmaq olar.
Burada istirahət etmək, vanna qəbul etmək və mövcud olan kafe və çayxanaların xidmətindən istifadə etmək olar.
Yenidən vizit mərkəzinə qayıdılır, marşurut üçün olan ləvazimatları buradan götürmək və təhvil vermək olar.
Bu marşurut üçün lazım olan avadanlıqlar: Yolda içməli su ehtiyatı, binokl, ilkin tibbi yardım üçün lazım olan müxtəlif tibb ləvazimatları.
V Marşrut
Bu marşrut 5-6 saata nəzərdə tutulur. Marşrutu avtomobillə, ciplərlə getmək olar. Marşrutda maraqlı təbiət abidələri, orta əsrlərin tarixi abidələri, yazılı daş və s. ilə tanış olmaq olar. Həmçinin ilkin hirkan tipli meşənin saf sulu şəlalələrinin ətrafında istirahət etmək, yüz illərlə öncə olduğu kimi həyat tərzi keçirən insanlarla tanış olmaq və onların evlərində gecələmək olar.
Vizit mərkəzi
Burada cəzaxana, Sım padşahının evinin qalıqları, qədim yazılı daşlar və s. haqqında dolğun məlumat almaq olar. Qədim tarixə səyahət etmək mümkündür.
Özünəməxsus mənzərələr göz oxşayır.
Sım şəlaləsini bu ərazidə ən hündür şəlalə hesab etmək olar. Təqribən 20-25 m hündürlükdən düşür. Burada cazibədar meşə mənzərələrinin seyrc isi olmaq olar.
Bu nöqtədə qədim Sım sivilizasiyasının müəmmalı tarixini yerli əhalinin ziyalı təbəqəsindən dinləmək, həmçinin tarixi abidələrin şərhinin şahidi olmaq olar.
Sım kəndinin büllur kimi saf bulaqları dərdlərin dərmanıdır.
Qeyd: Bu marşrutun davamı olaraq Sım, Pəlikəş, Əsxanakəran yolu ilə Toradi kəndinə getmək və növbəti marşrutu ziyarət etmək olar.