Hidrometeorologiya Mərkəzi
Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin tərkibində 6 şöbə və 1 dəstə fəaliyyət göstərir: Meteorologiya, Hidrologiya, Aqrometeorologiya, Hidrometeoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsi, Hidrometeoroloji məlumatların mübadiləsi, Dəniz hidrometeorologiya şöbələri və İxtisaslaşdırılmış hidrometeoroloji çöl-tədqiqat ekspedisiya dəstəsi (sxem). Hidrometeorologiya Mərkəzində (HMM) Milli Hidrometeorologiya Departamentinin Respublika ərazisindəki stasionar hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan müşahidə məlumatları sistemləşdirilir və müxtəlif toplular (illiklər, aylıqlar, şərhlər, hesabatlar, kadastrlar) şəklində buraxılır. Hidrometeoroloji şəbəkədə aparılan müşahidələr müvafiq təlimatlar əsasında aparılır.
Milli Hidrometeorologiya Departamentinin meteoroloji müşahidələr şəbəkəsi 82 stansiya və 97 məntəqədən ibarətdir. Meteoroloji məlumatlar meteorologiya şöbəsində sistemləşdirilir və aylıqlar şəklində buraxılır. Bundan başqa 15 stansiya və məntəqədə aqrometeoroloji müşahidələr aparılır. Aqrometeoroloji məlumatlar şöbədə sistemləşdirilir və hər ayın sonunda ETSN-nin Məlumatlar toplusuna daxil edilir, hava proqnozuna aqrometeoroloji şərh verilir.
Xəzər dənizinin qərb hissəsində və onun Azərbaycan akvatoriyasının adalarında yerləşən 4 stansiya və 9 məntəqədə müxtəlif dəniz hidrometeorolji müşahidələri aparılır, bu məlumatlar dəniz şöbəsində sistemləşdirilir və dəniz kadastrı şəklində buraxılır.
HMM-nin hidrometeoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsı şöbəsində hidrometeoroloji məlumatların bazası yaradılır. Mərkəzin nəzdində fəaliyyət göstərən Hidrometeoroloji Məlumatların Mübadiləsi Şöbəsində beynəlxalq yayıma ötürülən hidrometeoroloji məlumatlar 01 iyul 2011-ci il tarixindən Roshidromet-"Aviamettelekom"un veb-serveri vasitəsilə həyata keçirilir.
Eyni zamanda 25 avqust 2011-ci il tarixindən Azərbaycan Respublikası ərazisində yerləşən meteoroloji stansiya və məntəqələrdən məlumatların SMS vasitəsilə ötürülməsinə başlanılmışdır.
2011-ci ilin dekabr ayından Avtomat stansiyalardan, eləcə də Kompleks hidrometeorolojı və Ekoloji Tədqiqat Elm Mərkəzindən (2712m) habelə Kabaş AMS-dan (3600m), Tufandağ AMS-dan (4172m) ötürülməyə başlanılan meteoroloji məlumatların qəbulu üçün şöbədə texniki tədbirlər planı həyata keçirilmiş və bu məlumatların alınmasına , arxivləşdirilməsinə başlanılmışdır.
Hidroloji müşahidələr şəbəkəsi (çaylar, göllər, su anbarları üzərində) 101 məntəqədən ibarətdir. Hidroloji məlumatlar Dövlət Su Kadastrı (DSK) şəklində hazırlanır. DSK Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət Su Kadastrının Qaydası haqqında” Qərara və eyni adlı Əsasnaməyə uyğun olaraq aparılır. Həmin qərar əsasında DSK-nın “Yerüstü sular” bölməsi MHD-nin HMM-də hazırlanır. DSK-da toplanan su obyektlərinin çoxillik müşahidə məlumatları Azərbaycan ərazisi üçün yerüstü su ehtiyatlarını hesablamağa imkan verir. Respublikamızda su ehtiyatlarından səmərəli istifadə və suya olan tələbatın ödənilməsi dövlətimiz tərəfindən diqqət mərkəzindədir. Aparılan su siyasəti ətraf mühitə, sənaye və kənd təsərrüfatına, energetikaya, ticarətə, əhali artımına, bir sözlə, hər bir fəaliyyət növünə təsir edir. Qeyd etmək lazımdır ki, su hövzələri Respublika ərazisində qeyri-bərabər paylanılıb. Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda isə onlar üç hövzəyə aid edilir:
-
Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
-
Araz çayı hövzəsinin çayları (Arazın sol qolları)
- Birbaşa Xəzər dənizinə tökülən çaylar. Respublikanın əsas çaylarının morfometrik xarakteristikaları aşağıda cədvəl 1-də verilir.
|
Çay
|
Hara tökülür (hansı sahildən)
|
Uzunluğu, km
|
Su toplayıcı sahəsi, kv.km
|
Yüksəklik vəziyyəti, m
|
mənbə
|
mənsəb
|
1
|
Kür çayı
|
Xəzər dənizi
|
1515
|
188000
|
2740
|
-27
|
2
|
Qanıx (Alazan)
|
Mingəçevir su anbarı
|
413
|
16920
|
2560
|
75
|
3
|
Qabırrı (İori)
|
Mingəçevir su anbarı
|
389
|
4840
|
2560
|
51
|
4
|
Xrami
|
Kür çayı (sağ)
|
220
|
8340
|
2422
|
255
|
5
|
Ağstafaçay
|
Kür çayı (sağ)
|
133
|
2586
|
3000
|
210
|
6
|
Kürəkçay
|
Kür çayı (sağ)
|
126
|
2080
|
3100
|
18
|
7
|
Araz
|
Kür çayı (sağ)
|
1072
|
102000
|
2990
|
-11
|
8
|
Arpaçay
|
Araz (sol)
|
126
|
2630
|
2985
|
780
|
9
|
Həkəriçay
|
Araz (sol)
|
128
|
5540
|
3080
|
268
|
10
|
Samur
|
Xəzər dənizi
|
216
|
4430
|
3600
|
-27
|
11
|
Pirsaat
|
Xəzər dənizi
|
199
|
2280
|
2400
|
-11
|
12
|
Bolqarçay
|
Mahmudçala gölü
|
168
|
2170
|
1710
|
-17
|
Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür. Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Respublikanın əsas göllərinin morfometrik xarakteristikaları aşağıdakı cədvəl 2-də verilir.
№
|
Göl
|
Yerləşdiyi yer
|
Sahəsi, km2
|
Həcmi, mln. m3
|
1
|
Sarısu
|
Kür-Araz ovalığı
|
65,7
|
59,1
|
2
|
Ağzıbirçala
|
Şabran rayonu
|
13,8
|
10,0
|
3
|
Göygöl
|
Kürəkçayın hövzəsi
|
0,79
|
24,0
|
4
|
Hacıqabul
|
Kür-Araz ovalığı
|
8,4
|
12,1
|
5
|
Böyük-Şor
|
Abşeron yarımadası
|
16,2
|
27,5
|
6
|
Ağgöl
|
Kür-Araz ovalığı
|
56,2
|
44,7
|
7
|
Candargöl
|
Gürcüstanın sərhədi
|
10,6
|
51,0
|
8
|
Böyük Alagöl
|
Qarabağ vulkanik yaylası
|
5,1
|
24,3
|
9
|
Aşıq-Qara
|
Həkəriçayın hövzəsi
|
1,76
|
10,2
|
10
|
Qaraçuq
|
Naxçıvançayın hövzəsi
|
0,45
|
2,53
|
Su anbarları Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 km3 təşkil edir. Respublikanın əsas su anbarlarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl 3-də verilir.
№
|
Su anbarı
|
Sahəsi, km2
|
Həcmi, km3
|
1.
|
Mingəçevir
|
605
|
15.73
|
2.
|
Şəmkir
|
116
|
2.68
|
3.
|
Yenikənd
|
23.2
|
1.58
|
4.
|
Varvara
|
22.5
|
0.06
|
5.
|
Araz
|
145
|
1.254
|
6.
|
Sərsəng
|
14.2
|
0.565
|
7.
|
Ceyranbatan
|
13.9
|
0.186
|
8.
|
Xanbulançay
|
24.6
|
0.052
|
9.
|
Sirab
|
1.54
|
0.013
|
10.
|
Ağstafaçay
|
6.30
|
0.12
|
11.
|
Xaçınçay
|
1.76
|
0.023
|
Dağlıq ölkə olması ilə bərabər, həm də geniş düzənlik əraziyə malik olan Azərbaycan üçün daşqın hadisələrinə risk böyükdür. Son illərdə Kür çayında baş verən daşqın hadisələri buna sübutdur. Ölkəmizin su ilə təchiz olunmasında Kür çayının rolu isə əvəzsizdir. Belə ki,Azərbaycan ərazilərinin 3/4 hissəsi Kürün suları ilə təmin olunur . Əhalinin 70-80%-i Kürün suları ilə qidalanır.
MHD-nin Kür çayı üzərində 14 suölçmə məntəqəsi fəaliyyət göstərir. HMM Kür çayı üzərində müşahidə və tədqiqat işlərinə çox böyük diqqət yetirir. Hər il Kür boyu geniş ekspedisiya işləri nəzərdə tutulur.
Hər ilin fevral-mart aylarında Respublika ərazisindən axan çaylarda yaz gursululuğu dövrünün proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın ərazisində qarölçmə işləri aparılır, müxtəlif yüksəkliklərdə qar örtüyünün parametrləri təyin edilir, hesabat tərtib edilir və nəticə olaraq Respublika ərazisindən axan çaylarda gursululuğun proqnozu verilir.
Qeyd etmək lazımdır ki, ildən ilə aparılan qarölçmə işləri qar ehtiyatlarında baş verən dəyişikliklərə nəzarət etməyə imkan yaradır. Bundan əlavə mütəmadi olaraq su sərflərinin qısa müddətdə və daha dəqiq ölçülməsinə imkan verən ADP-Sontek cihazı vasitəsilə Kür və Araz çaylarında nəzarət ölçü işləri aparılır, subasar sahələrin şəkilləri çıxarılır.
Mərkəzin ekspedisiya dəstəsinin mütəxəssislərinin iştrakı ilə Böyük Qafqazın Tufandağ ərazisindəki buzlaqlarlarda gedən dəyişikliyi öyrənmək məqsədilə burada ölçü işləri aparılmış, buzlaqda eninə və uzununa istiqamətdə tamasalar qurulmuşdur. Bundan başqa buzlaqdan çıxan çay üzərində hidroloji ölçü işləri aparılmış və müvafiq hesabat tərtib edilmişdir.
Ekspedisiya dəstəsinin mütəxəssisləri hər il Milli Hidrometeorologiya Departamentinin Gəncə, Sabirabad Regional, Neftçala Mənsəb və Mingəçevir İGHM Müəssisələrinin Kür çayı üzərində yerləşən hidroloji məntəqələrində ezamiyyədə olurlar və həmin məntəqələrin (çay, göl və su anbarlarının) mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında arayış hazırlayırlar.
Nazirlər Kabinetinin göstərişınə əsasən Kür çayının mənsəb hissəsində, Bankə, Salyan, Surra, Zərdab və Araz çayının Novruzlu hidroloji məntəqəsində ADP-Sontek cihazı vasitəsilə nəzarət su sərfləri ölçülür, Bankə hidroloji məntəqəsində Bala Kürün dənizə töküldüyü yerdə en kəsiyin profilləri çıxarılaraq su sərfi ölçülür. Hidrometeorolji şəbəkədə (cəmi 12 hidroloji məntəqədə) FHN mütəxəssisləri ilə birlikdə müasir tipli avtomatik səviyyəölçən cihaz qurulmuşdur. Respublikanın dağ çaylarında sel daşqınlarının izi ilə maksimal su sərflərinin təyin olunması hər il Mərkəzin mütəxəssisləri tərəfindən aparılır. Mərkəzin əməkdaşları Regional Hidrometeorologiya müəssisələrində müşahidələrın aparılmasında istifadə olunan yeni təlimatlarla mütəmadi olaraq mütəxəssisləri tanış edir və kadrların hazırlanmasında yaxından iştirak edirlər.
Kür çayı boyu məntəqələrin yerləşmə sxemi və hidrometeoroloji şəbəkədə aparılan ölçü işləri fotoşəkillərdə verilmişdir.