Az    Eng








video arx video arx video arx video arx
Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda

















Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Dəniz hidrometeorologiyası

Xəzər dəniziXəzər dənizinin hidrometeoroloji monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Dəniz Hidrometeorologiya Mərkəzində aparılır. Mərkəz Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında yerləşən müşahidə şəbəkəsinə malikdir. Bu şəbəkə dənizin sahillərində, adalarda, estekadalarda və platformalarda yerləşən 14 müşahidə məntəqəsindən ibarətdir. Mərkəzdə hidrometeoroloji müşahidələrin təşkil edilməsi, aparılması, məlumatların əldə edilməsi, təhlili, ümumiləşdirilməsi və dəniz illiklərinin tərtib edilməsi işləri yerinə yetirilir. Həmçinin, açıq dəniz rayonlarından gəmi ekspedisiyalar vasitəsi ilə hidrometeoroloji məlumatlar əldə edilir.

Xəzər dənizinin hidrometeoroloji parametrləri (dənizin səviyyəsi, suyun duzluluğu və temperaturu, dəniz axınları, dalğalanma, havanın temperaturu və rütubəti, küləyin sürəti və istiqaməti və s.) üzrə əldə edilmiş sutkalıq, aylıq və illik informasiyalar hər təqvim ili üçün tərtib edilən dəniz illiklərində yerləşdirilir.

Beləliklə, Dəniz Hidrometeorologiya Mərkəzində Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında hidrometeoroloji parametrlərin əldə edilməsinin bütün mərhələləri yerinə yetirilir . Son illər dəniz müşahidə şəbəkəsi genişlənmiş və yeni müasir cihazlarla təmin edilmişdir. Belə ki, 2005-ci ildə Xəzəryanı ölkələr içərisində ilk dəfə olaraq dənizin dərinliyi 100 m olan ərazisində ("28 May" rayonunda) və həmçinin Səngi-Muğan adasında müşahidə mənətəqəsi fəaliyyətə başlamışdır. "Neft Daşları" məntəqəsində dənizin səviyyəsini, dalğalanmanı, suyun temperaturunu və atmosfer təzyiqini ölçən avtomatik cihaz qurulmuşdur.

Əksər dəniz şəbəkəsi məntəqələri yeni müasir tipli külək ölçən cihazlarla təmin edilmiş və meteoroloji meydançaları təmir edilmişdir.

Dəniz Hidrometeorologiya Mərkəzində həmçinin mühüm əhəmiyyət kəsb edən elmi-praktiki işlər də yerinə yetirilir. Belə ki, Xəzər dənizinin səviyyə tərəddüdləri və onların uzunmüddətli proqnozu metodikası hazırlanmışdır.

Xəzər dənizi səviyyəsinin son 25 ildə kəskin qalxması ilə əlaqədar "Azərbaycan Respublikasının sahilboyu ərazilərinin subasma Atlası" tərtib edilmişdir. Bu Atlasda sahildə yerləşən rayonlar üzrə subasmanın xarakteri və səviyyənin gələcəkdə qalxması şəraitində subasma sahələri göstərilmişdir. Mərkəzdə həmçinin Xəzər dənizinin prioritet problemləri üzrə praktiki və elmi-tədqiqat xarakterli işlər də aparılır.

     

ekoloji-ugurlar



22/08/2014. Çində nadir təbiət hadisəsi baş verib
18/08/2014. Dünyanın ən balaca səhləb çiçəyi
12/08/2014. Yaponiyada zəlzələ olub
11/08/2014. Yaponiyada zəlzələ olub
05/08/2014. Çinin cənub-qərbində zəlzələ, 26 ölü










Ekologiya v? T?bii S?rv?tl?r Nazirliyi t?r?find?n haz?rlan?b 2005-2011 Mu?llif huquqlar? qorunur. M?lumatlardan istifad? zaman? istinad vacibdir. E-mail: ecologiya.nazirliyi@eco.gov.az