Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi    2010-cu il Azərbaycanda "Ekologiya ili"dir.


<<    >>




02/09/2010. Çində 70 nəfər torpaq altında qaldı
31/08/2010. “Erl” qasırğası ABŞ üçün təhlükə yaradır
27/08/2010. Türkiyədə sel və daşqınlar can aldı
26/08/2010. Hindistan batır
26/08/2010. Meksika körfəzində neft yeyən mikrob kəşf edilib

 Bizə yazın













Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Ekoloji təbliğat / İctimaiyyətlə əlaqələr və təbliğat

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qarşılaşdığı ən mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə bağlı problemlərə ictimaiyyətin cəlb edilməsi olmuşdur.
Keçmiş SSRİ dövründə təsərrüfatsızlıq, qanunlara riayət olunmaması, bir sözlə təbiətə olan ögey münasibət ölkəmizi ciddi ekoloji problemlərlə qarşı- qarşıya qoymuşdur.
Belə olan təqdirdə cəmiyyətdə yeni ekoloji düşüncə və təfəkkürün, mədəniyyətin formalaşması günün ən ümdə vəzifələrindən biri kimi qarşıda dururdu. İnsanların təbiətə dərk edilməmiş münasibəti iqtisadi böhrandan çıxmağa və iqtisadiyyatda sürətli inkişafa nail olmağa imkan vermirdi. Respublikada ətraf mühitin mühafizəsi tədbirlərinin yüksəldilməsi üçün uşaqlar, məktəbli-tələbələr və iqtisadi kompleksdə çalışan mütəxəssislər arasında əlaqələndirilmiş kütləvi maarif sisteminin yaradılmasına, onlarda təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına ciddi ehtiyac duyulurdu. 
Məhz bu problemlərin aradan qaldırılması məqsədilə Ulu Öndərimiz Heydər Əliyevin şəxsi iradəsinin nəticəsi olaraq 23 may 2001-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı.
2003-cü ildə  Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq fərmanı  ilə  «Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi və həmin Qanunun müddəalarından  irəli gələn vəzifələrin icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilməyə başlandı. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən etibarən onun çoxşaxəli fəaliyyətində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması prioritet istiqamətlərdən biri olmuşdur.  
Azərbaycan Respublikasında əhalinin ekoloji təhsili və maarifləndirilməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Təbliğat şöbəsi yaradılmışdır.
Şöbənin tərkibində olan İctimaiyyətlə əlaqələr və təbliğat sektoru Nazirliyin təbliğat siyasətinin formalaşmasında iştirak etmək və ətraf mühitin mühafizəsi və təbii mühitlə əlaqədar tərbiyə, təbliğat və təşviqat işlərini aparılması yolları haqqında təkliflər vermək, əhali arasında ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təbliğini təşkil etmək, ətraf mühitin mühafizəsinə həsr edilmiş plakat və bukletlərin hazırlanması üçün təkliflər vermək, ekologiya və təbii sərvətlər sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatları ilə informasiya mübadiləsinin aparılmasını təşkil etmək məqsədilə təsis edilmişdir.
Sektor tərəfindən ictimaiyyət arasında ekoloji cəhətdən maarifləndirmə işlərinin aparılmasında iştirak təmin edilir, Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrində ekoloji təbliğat işinin və guşələrin təşkil edilməsi sahəsində şöbələrə lazımi köməkliklər göstərilir, Nazirliyin fəaliyyəti barəsində məlumatların müəyyən olunmuş qaydada geniş ictimaiyyətə çatdırılması məqsədi ilə müntəzəm olaraq görüşlər, mətbuat konfranslarının keçirilməsi təşkil edilir.







Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda

Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com
buy adult toys
Twitter