• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Əsas qlobal ətraf mühit problemləri

Müasir dünyada ekoloji böhranın ümumbəşəri təhlükə olmasına heç kim şübhə etmir. Məhz geniş çərçivədə ekoloji təhlükənin hamımıza aid olmasını qəlbən şüurlu olaraq dərk etməklə, əməli iş üçün həm birgə, həm də fərdi təşəbbüslər göstərməliyik. 

Beləliklə, biosferin qorunması zərurəti zaman-zaman narahatlıq yaratmışdır. Planetdə ekoloji sabitliyin pozulması qitələr, ölkələr, regionlar üzrə müxiəlif dərəcədə qiymətləndirilsə də axar sular, yağmurlar, atmosfer havası sərhəd bilmir. Müasir kommunikasiya, nəqliyyat vasitələri, iqtisadi əlaqələr nisbətən lokal məhdud ərazilərdə yetişdirilən aşağı keyfiyyətli məh-sulların da dünyanın çox yerinə getməsinə imkan yaratmışdır.

Hazırda ekoloji baxımdan ziyansız, təmiz ərzaq əldə edilməsi imkanları getdikcə məhdudlaşır. Çernobl qəzasının «Radioaktiv» əks-sədasının hətta uzaq Avstraliya ərazisində qeyd olunması bu baxımdan çox şeyi deyir, izah edir. Ümumdünya səhiyyə təşkilatının 1993-cü ilə aid yekun sənədlərində göstərilir ki, insanların duçar olduğu xəstəliklərin 58% çirkli sularla bağlıdır. 1960-cı ilin məlumatlarında cəmi 2% təşkil edirdi. (Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı -http://www.who.int/topics/en/)

Bəşəriyyət üçün müdhiş təhlükəyə çevrilən ekoloji böhran barədə dəlil-sübutları sadalamağa ehtiyac qalmır (Çernobl, Aral gölü, Yaponiyadakı zəlzələ və sunami, Meksika körfəzindəki fəlakət, atom silahı, müasir səhralaşma, ərzaq və enerji problemləri və s.). Neolit dövründən başlayaraq cəmiyyət tədricən biosferə regional miqyas alan təsir göstərməyə başlamışdır. [4, səh.36; ]

Bu birinci növbədə maldarlıq və əkinçiliyin genişlənməsi ilə bağlı planetimizin yaşıl örtüyünün azalması ilə əlaqədardır. Arxeoloji, paleobotaniki araşdırmalar göstərir ki, quldarlıq dövrünün keçmiş biogeosenozları nəinki aqrosenozlara çevrilmiş, hətta çox hallarda dağıdılmışdır. Qobi, Qaraqum, Qızılqum, Saxara səhralarının yerində nə vaxtsa çiçəklənən sivilizasiyalar olmuşdur.

Beləliklə, bəşəriyyətin tarixində ekoloji böhranlar ayrı-ayrı dövrlərdə də yaranmış və müxtəlif regionlarda təbii tarazlığı pozmuşdur. Eramızdan əvvəlki ikinci və üçüncü minilliklrədə Hindistanın şimal-qərbində yaranmış və bəşəriyyətin ilk mədəni dövlətlərinin mərkəzləri olan Xarappa və Mahendro Dara şəhərləri xarabalıqlara çevrilmişdir.

Arxeoloji tədqiqatlar həm də göstərir ki, vaxtilə bu sahələr çöl landşaftlarına malik olmuş əhalisi əsasən maldarlıq və qismən əkinçiliklə məşğul imiş. Ərazilərdən qeyri-səmərəli istifadəedilməməsi üzündən həmin sahələr səhraya çevrilmiş və qədim mədəni dövlətin və şəhərlərin yox olmasına səbəb olmuşdur.  

Vaxtilə bir sıra səhraların yerində geniş meşə sahələri olmuş, lakin insanlar tərəfindən ərazinin maldarlıq və əkinçilikdə istifadəsi üçün qırılmışdır. Axırıncı 10 min ildə planetimizin meşə sahələrinin 2/3 hissəsi qırılıb, tələf edilmişdir. Tarixi dövr ərzində 500 milyon hektar meşənin yeri bozqıra, yəni boş, daşlı-kəsəkli yarımsəhra landşaftına çevrilmişdir.[4, səh.55]

Aleksandr Humbolt Cənubi Amerikanı səyahət etdikdən sonra yazmışdır ki, «meşə insandan əvvəl, bozqır isə sonradan yaranmışdır».  ABŞ-da 162 milyon ha meşə qırılmış və həmin ərazinin əksər hissəsi hal-hazırda yararsız torpaqlara çevrilmişlər. Unutmaq olmaz ki, meşələrdən insan yaranan gündən istifadə olunur, meşə tənəffüs oksigen deməkdir.

Meşə çayların su rejimini tənzimləyir, torpaqları eroziyadan və quraqlıqdan qoruyur. Meşə həm də xalq təsərrüfatının xammal bazasıdır. Müasir ekoloji böhranı ancaq insanın təbiəti idarə edə bilməməsi, onun ixtiyarından kənar proses kimi qələmə vermək mümkün deyildir. Bütün canlıların ekoloji mühitinin əsasını təbiətdə, daha doğrusu biosferdə gedən proseslər təşkil edir. Biosferin formalaşması və varlığı isə bütün kosmik aləmin, kainatın hərəkəti və dinamikliyi ilə əlaqədardır.

Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin inkişafında təbii şəraitlə yanaşı antropogen, yəni insanın fəaliyyəti ilə yaranmış sosial mühit də xüsusiyyət kəsb edir.

Hər iki proses həyatın ekoloji təzahürləri ilə formalaşmışdır. Təbii şərait əsasən tədriclə, sosial mühit isə sürətlə dəyişərək, təbii prosesləri qabaqlayır, bəzən də ona qarşı durur. Sosial mühit bir çox halda sıçrayışla hərəkət edir, bununla da bəzi yerlərdə təbiətin ritmi pozulur və gərginlik yaranır.

Təbiətin qanunları ilə hər zaman uzlaşdırılmayan insan fəaliyyəti təbiətə qarşı çevrilir. Qədim dünyanın ən qədim şəhərlərinin, maddi-mədəniyyət abidələrinin yerində səhralıqlar yaranması deyilənlərə əyani sübutdur. Təbiətin qanunlarını dərk etmək, təbiətdə baş verə biləcək bir çox dəyişiklikləri qabaqcadan müəyyənləşdirmək məqsədilə planlar hazırlamağa imkan verir.[6, səh.63;]

Hüquqi qanunlarda təbii ehtiyatlardan nizamsız istifadənin qəti qadağan edilməsinə baxmayaraq əməli işdə, sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, tikintidə və başqa sahələrdə təbii sərvətlərdən düzgün istfiadə edilməyərək, ətraf mühitin zərərli istiqamət-də dəyişməsinə şərait yaradır. Müasir qərb ölkələrində alimlər «Cəmiyyət-Təbiət» probleminin ümumbəşəri, qeyri-sinfi olmasını, ekoloji böhranın əsasən bütün dövlətlərdə eyniliyini sübut etməyə çalışmışlar. İctimai quruluşundan asılı olmayaraq, bütün ölkələr böhranlara məruz qalmışlar.

Bütün təbii zonalardakı torpaqların təbii məhsuldarlığı aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi qaratorpaq zonasında ərazilərin korlanması hamıya məlumdur. Cənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin ətrafı dünyanın həssas sayılır. Azov, Aral, Xəzər dənizlərinin problemlərinin yaxın zamanlarda həll edilə biləcəyinə güman yoxdur.

Təbiətlə qarşılıqlı münasibət məsələləri insanı qədimdən bəri düşündürmüş və dövrün inkişaf xüsusiyyətlərindən asılı olaraq həmin məsələyə müvafiq münasibət bəslənilmişdir. Təbiəti mühafizə problemləri çoxsahəli olmaqla ümumbəşəri, həmçinin yerli əhəmiyyətə malikdir. Cəmiyyətin bütün qlobal problemləri qarşılıqlı əlaqədədirlər. Ətraf mühitin qorunması problemi enerji və xammal problemləri ilə, demoqrafik problemlər, ərzaq problem ilə və s. əlaqədardır. Lakin son vaxtlara kimi qlobal problemlər içərisində silahlanma xüsusi mövqe tuturdu. Hərbi istehsal çoxlu insan qüvvəsi, enerji və xammal ehtiyatları, insanların əməyindən qoparılan nəhəng material vasitələri və ehtiyaclarını mənimsəyir. Silahlanmaya sərf olunan hərbi xərclər yer kürəsindəki aclıqla mübarizəyə sərf edilə bilərdi. Yeni dünya müharibəsi yaxın illərə kimi qlobal problem kimi bəşəriyyət qarşısında dururdu.

Hazırki dövrdə qlobal problemlərin bir neçə fərziyyələri mövcuddur. Bunlardan ikisi əsasdır: 1. Pessimist fərziyəyə əsasən qlobal ərzaq, ehtiyat və ekoloji problemləri XXI əsrin ortalarında baş verə bilər. 2. Optimist fərziyəyə əsasən isə insan cəmiyyətinin sülh və inkişaf şəraitində artıq əhali sıxlığından ehtiyat və çirklənmə s. insanların məhvinə səbəb ola bilməz.. Qlobal problemlər həqiqətən də ümumplanetar, dünyəvi mahiyyət kəsb etməklə, yer üzərindəki bütün insanların həyat fəaliyyətinə toxunur. İctimai elmlər özləri isə ümumbə-şəri, planetar proseslərin möhkəm təsiri altında gedir. Birlik haqqındakı qədim ideya bu halda yeni qüvvətli impuls alır.

Qlobal problemlər, əgər onların həlli tapılmasa, bəşəriyyəti çox qorxudur, hətta həyatın və sivilizasiyanın məhvi ilə nəticələnər.Qlobal problemlərə artan dinamizm xarakterikdir.  Ekoloji problemlər tək-tək yox, birlikdə, onların əlaqəli inkişafında təhlil olunmalıdır. Bütövlükdə qlobal məsələlərdə təbiət, texniki və ictimai elmlərin qarşılıqlı əlaqəsi vacibdir. Təbiət kompleksində (ekoloji problemlər, fiziki-coğrafi proqnozlaşdırma) və qlobal problemləri sistemləşdirməkdə vacib funksiyalardan biri (biologiyadan sonra) coğrafiya elminin üzərinə düşür. Qlobal problemlər içərisində sözsüz ki, çox təhlükəli olan problem termo-nüvə silahıdır.

Qlobal problemlərə bəzi xüsusiyyətlər xasdır.  Onların miqyası çox böyük regionlara yayılır. Qlobal problemlərin mövcudluğuna və əhəmiyyətinə görə müasir yanaşmada, dünya iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmalıdır.