• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

2019-2022-ci illər üçün ekoloji siyasətin əsas istiqamətləri və hər bir istiqamət üzrə həyata keçiriləcək tədbirlər

  • Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi istiqamətində mütərəqqi üsulların tətbiq edilməsi, mövcud ekoloji sistemlərin qorunması:
  • Tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə, istehsalçıların genişləndirilmiş məsuliyyətinin tətbiqi;
  • Tikinti materialları üçün xammal hesab olunan faydalı qazıntıların (qum, qum-çınqıl, əhəng daşı, kvars qumu, gil və s.) hasilatı prosesində müvafiq qanunvericiliyin tələblərinin icrasına nəzarətin gücləndirilməsi;
  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün aidiyyəti dövlət qurumları tərəfindəm istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə tədbirlərin görülməsi;
  • Yaşıllıqların mühafizəsi;
  • Xəzər dənizinin çirklənmədən qorunması;
  • Müasir metodlardan istifadə etməklə təbii sərvətlərin axtarışı, kəşfiyyatı və hasilatı prosesində ətraf mühitə təsirlərin azaldılması;
  • İqtisadiyyatın bütün sahələrinin inkişafı prosesində ətraf mühitin mühafizəsi tələblərinin ön plana çəkilməsi;
  • Biomüxtəlifliyin mühafizəsi və xüsusi mühafizə olunan təbiət ərazilərinin infrastrukturunun inkişafı;
  • Su ehtiyatlarının, o cümlədən transsərhəd suların inteqrasiyalı idarə olunması;
  •  “Yaşıl iqtisadiyyat”ın inkişafı, xüsusi ilə kiçik və orta müəssisələrin fəaliyyətinin  yaşıllaşdırılması.

 

  • Qanunvericiliyin təkmilləşdirilməsi:
  • Atmosfer havasına və su obyektlərinə çirkləndirici maddələrin atılmasına, habelə tullantıların yerləşdirilməsinə görə ödəmə normativlərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi;
  • Sudan ödənişli istifadə ilə bağlı qanunvericiliyin qəbul edilməsi;
  • Meşələrə dair qanunvericiliyin pozulması ilə bağlı tətbiq edilən maliyyə sanksiyalarının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi;
  • Yerin təkindən istifadənin norma və qaydalarının təkmilləşdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi;
  • Ekoloji standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi.

 

  • Çirklənmiş ərazilərin təmizlənməsi və həmin ərazilərin ekoloji bərpası, yaşıllıqların salınması:
  • Lay sularının ərazidən kənarlaşdıraraq idarə olunması, neft şlamlarının zərərsizləşdirilməsi və ya anbarlaşdırılması;
  • Neftlə çirklənmiş torpaqların bərpası üçün sağlamlaşdırma tədbirlərinin görülməsi;
  • Müxtəlif maddələrlə çirklənmiş göl və gölməçələrin bərpası.

 

  • Meşələrin və yaşıllıq ərazilərinin artırılması:
  • Meşə quruluşu (inventarizasiya) işlərinin aparılması;
  • Meşə ilə örtülü sahələrin miqyasının artırılması, o cümlədən aqromeşə massivlərinin salınması;
  • Arid ərazilərdə, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması.

 

  • Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən istifadənin inkişafı və enerji effektivliyinə nail olunması:
  • Enerji səmərəliliyinin təmin olunması;
  • Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
  • Su ehtiyatlarından səmərəli istifadə;
  • Təmizlənmiş tullantı sularından təkrar istifadə;
  • Ekoturizmin inkişafı;
  • Mineral xammala təlabatın yerli ehtiyatlar hesabına ödənilməsi məqsədi ilə geoloji axtarış və axtarış-qiymətləndirmə işlərinin genişləndirilməsi;
  • Meşə və qeyri-meşə fondu torpaqlarında salınmış meyvə bağlarının məhsullarından istifadə;
  • Mineral və termal su ehtiyatlarının potensialından istifadə olunması;
  • Şirin su və dəniz əmtəə akvakulturasının inkişafı.

 

  • Ətraf mühitin monitorinqi və hidrometeoroloji müşahidə sisteminin təkmilləşdirilməsi:
  • Ətraf mühitin monitorinqi sisteminin təkmilləşdirlməsi, o cümlədən müasir kompleks labarotoriyalarının yaradılması;
  • Təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, hidrometeoroloji müşahidə və monitorinq sisteminin modernləşdirilməsi,

 

  • Geodeziya və kartoqrafiya sisteminin modernləşdirilməsi, coğrafi informasiya sistemin yaradılması:
  • Geodeziya və kartoqrafiya sahəsində strateji əhəmiyyət kəsb edən coğrafi məlumat sisteminin yaradılması;
  • Dövlət sərhədlərinin delimitasiyası, demarkasiyası, redemarkasiyası işlərinin aparılması;
  • Müdafiə təyinatlı rəqəmsal topoqrafik xəritələrin beynəlxalq standartlara uyğunlaşdırılması.

 

  • Ekoloji problemlərin təhlili, həlli yollarının müyyənləşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi və əhalinin ekoloji təfəkkürünün artırılması:
  • Mövcud ekoloji vəziyyətin təhlili;
  • Ekologiya sahəsində kadr potensialının gücləndirilməsi; Əhalinin ekoloji maarifləndirilməsi.