• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Tullantıların idarə olunması

Məişət tullantıları

Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m3 məişət tullantısı əmələ gəlmişdir.

Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları»nda məişət tullantılarının idarə olunması istiqamətləri, habelə idarə olunmaya cavabdeh qurumlar müəyyən edilmişdir. Belə ki, tullantıların toplanması, yığılması və daşınmasına şəhər və rayon İcra Hakimiyyətlərinin mənzil kommunal təsərrüfatı birlikləri, qəsəbə üzrə nümayəndəlikləri, həmçinin ərazi bələdiyyələri institusional cavabdeh təşkilatlardır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli Sərəncamına əsasən şəhər ərazisində əmələ gələn məişət tullantılarının yığılması və daşınması Bakı şəhər İcra Hakimiyyətinin, qəbulu və zərərsizlədirilməsi isə “Təmiz şəhər” ASC-nin səlahiyyətlərindədir. 

Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Sabunçu rayonunda Balaxanı məişət tullantıları poliqonu 2009-cu ildə İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin balansına verilib. Poliqonun ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə mühafizə sistemi qurulub, poliqonda torpaqlama, hamarlama işləri aparılıb, ətraf ərazilərdə yaşıllıqlar salınaraq poliqonun görünüşü tamamilə dəyişib. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunda tullantıların beynəlxalq standartlara uyğun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Poliqona gətirilən bərk məişət tullantıları beynəlxalq sanitar normalara uyğun olaraq, xüsusi hücrələrə yerləşdirilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədilə tullantılar geomembran və geotekstil qatlarla örtülür, üzərinə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. Tullantılardan ayrılan çirkab sular xüsusi süzgəclər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə ildə 2 MVt/saat elektrik enerjisi əldə olunur.

Respublikanın regionlarında məişət tullantıları poliqonları müvafiq norma və standartlara cavab vermir. Belə ki, ərazilər perimetri boyu hasarlanmır, ətraf mühitdən təcrid olunmur, nəzarət və mühafizə səthi xarakter daşıyır, tullantıların uçot və hesabatı demək olar ki, aparılmır və s. Tullantıların ətraf mühitdən təcrid olunmaması səbəbindən əsən küləklər zamanı bəzi tullantıların (məsələn, polietilen torbalar və s.) sovrularaq ətraf torpaq sahələrinə, dəniz və göllərə, çaylara düşməsi halları baş verir ki, bu da qeyd olunan ərazilərin davamlı olaraq çirklənməsinə gətirib çıxarır. Bu cür hal daha çox dəniz sahili və sahilyanı ərazilərdə müşahidə olunur.

Məişət tullantılarının yerlərdə uçot və hesabatının aparılmasında da problemlər az deyil. Əsasən də regionlarda bu problem daha qabarıqdır və əksər hallarda məlumatlar dəqiqlikdən uzaqdır. Əvvəl qeyd olunduğu kimi, bəzi regionlarda, əsasən də kənd yerlərində tullantıların müvəqqəti yığım və uçot sistemlərinin olmaması tullantıların uçotunun aparılmasında çətinliklər yaradır.

 

Balaxanı Sənaye Parkı 

Azərbaycan Respublikasının Prezidentınin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkı yaradılması qərara alınmışdır. 28.12.2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və “Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” imzalanmışdır. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur. 

Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq olacaq. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək Hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq. 

Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün Parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Park girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək və bütün lazımi ilkin infrastruktur yaradılacaqdır.

Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir. Artıq polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə sahibkarlar Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün müraciət ediblər. 

 

Təhlükəli sənaye tullantılarının idarə olunması

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2017-ci ilin sonuna Azərbaycan Respublikasında iqtisadiyyatın müxtəlif sahələri üzrə müəssisələrdə ümumilikdə 1.8 mln ton təhlükəli tullantı mövcuddur.

Təhlükəli tullantıların idarə olunmasını təkmilləşdirmək üçün bir sıra ölkələrlə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaratmaq, bu sistemin beynəlxalq tələblərə uyğyn inkişaf etdirmək, həmçinin tullantıların idarə olunmasına nəzarəti gücləndirmək vacib məsələlərdən biri olduğundan, Azərbaycan Respublikası 2001-ci ildən BMT-nin «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında» Bazel Konvensiyasının üzvüdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Azərbaycan Respublikası tərəfindən Konvensiya üzrə səlahiyyətli orqandır. 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında» Bazel Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. 

Təhlükəli tullantıların beynəlxalq norma və standartlara uyğun idarə olunması məqsədi ilə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiyasiyası arasında imzalanmış «İnkişaf üçün kredit haqqında Saziş»in (Təxirəsalınmaz Ekoloji İnvestisiyalar Layihəsi) təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 898 saylı Sərəncamına və həmin Sazişin şərtlərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən ekoloji layihələrdən biri də «Sahənin civə tullantılarından təmizlənməsi və təhlükəli tullantıların basdırılması üçün poliqonun tikintisi layihəsidir». Bu layihə Sumqayıt şəhərində yerləşən «Səthi Aktiv Maddələr» zavodunda çirklənmiş ərazilərin civə tullantılarından təmizlənməsi, təhlükəli tullantıların basdırılması üçün poliqonun tikintisi və həmçinin tullantıların zavod ərazisindən poliqona daşınaraq basdırılmasını nəzərdə tutur. Müvafiq norma və standartlara tam cavab verən Poliqon 2004-cü ildən istismar verilmiş və «Təhlükəli tullantılar» Məhdud-Məsuliyyətli Cəmiyyəti tərəfindən idarə edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»nın 4.13-cü bəndinin icrası ilə əlaqədar 2004-2009-cu illər ərzində Sumqayıt «Səthi Aktiv Maddələr» zavodunun ərazisində yığılmış civə tərkibli şlam Poliqona daşınaraq yerləşdirilmişdir. Bundan əlavə, poliqonda digər təhlükəli tulantıların da qəbulu və zərərsizləşdirilməsi həyata keçirilir. Hazırda poliqonda 500 min m3 həcmində müxtəlif növ təhlükəli tullantılar yerləşdirilərək ətraf mühitdən təcrid olunmuşdur.

Tullantıların idarə olunması sahəsində Azərbaycanın milli qanunvericiliyində hüquqi və fiziki şəxslər (tullantı mülkiyyətçiləri) tərəfindən tullantıların emalının, təkrar istifadəsinin həyata keçirilməsi kimi tələblər qoyulsa da, sənaye tullantılarının təkrar emalı üsulları və praktikası Azərbaycanda geniş tətbiq edilmir. BP şirkəti və ARDNŞ öz təhlükəli tullantılarının bir qismini utilizə etsə də, qalan hüquqi şəxslər qeyd olunan istiqamətdə zəruri tədbirlər görmürlər və öz tullantılarını ya poliqonda, yaxud da öz ərazilərində saxlamağa üstünlük verirlər. Hesab edirik ki, tulantıların utilisaziyası sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi Azərbaycanda nəinki məişət tullantılarının, hətta təhlükəli və təhlükəsiz sənaye tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edərdi.