• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Torpaqların çirklənməsinin monitorinqi

Torpaqların çirklənməsinin monitorinqi “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). 

Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə  aparılır.

Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”.

Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir.

Torpağı çirkləndirən yalnız gübrələr deyil. İri sənaye müəssisələrlərinin ətrafında da torpaqlar çox çirklənir. Torpaqların texnogen tullantılar ilə çirklənməsi üzrə müşahidələr 1980-ci ildən başlayaraq Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılır. Müşahidələr zamanı torpaqların çirklənmə səviyyəsinə ağır metalların  (mis, sink, nikel, qurğuşun, qalay, kobalt, vanadium, alüminium, manqan, xrom)  qatılığının təyini ilə  nəzarət edilir.

Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar çürümür, xirda hissəciklərə ayrılaraq uzun illər  torpaqda qalır.

Torpaqların neft və neft məhsulları ilə çirklənməsi üzrə mütəmadi müşahidələr 1983-cü ildən Abşeron yarımadası, Şirvan, Salyan və Siyəzən rayonlarının ərazilərində aparılır. Torpaqların neft məhsulları ilə çirklənməsi üzrə sistematik müşahidələr Abşeron yarımadasında, neft və qaz çıxarma idarələrinin ərazilərində və onlara yaxın yerləşən yaşayış qəsəbələrində aparılır.

Respublikanın müxtəlif fiziki-coğrafi zonalarında torpaqların fon tərkibi ilə bağlı müşahidələr hər ay atmosfer yağıntılarından sonra 21 məntəqədə sulfat, nitrat ionları, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə aparılır. Monitorinqlərin nəticələrinə görə hidrogen göstəricisi (pH) yol verilən qatılıq həddini keçmir. Sulfat ionlarının orta illik qatılığı əsasən Neftçala İMHM-Neftçala məntəqəsində yol verilən qatılıq həddindən dəfələrlə çox olmuşdur. Nitrat ionlarının orta illik qatılığı Quba RHM-nin Quba və Qırız məntəqələrində, BAM–Ağstafa, Gəncə RHM–Daşkəsən məntəqələrində bir neçə dəfə sanitar ekoloji normadan çox olduğu müşahidə edilmişdir.