• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Səth sularının monitorinqi

Ölkə ərazisində səth sularının çirklənmə vəziyyətinin monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış və Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli müvafiq qərarı ilə təsdiq olunmuş «Ətraf mühitin və təbii ehtiyyatların dövlət monitorinqinin aparılması qaydaları» haqqında əsasnaməyə uyğun olaraq aparılır. Bu fəaliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamenti tərəfindən həyata keçirilir.

Qonşu ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasının ərazisi su qıtlığı ilə səciyyələnən regionlara aiddir. 

Ölkənin yerüstü su ehtiyyatlarının 80%-ni Kür, Araz çayları və onların bir sıra transsərhəd qollarının suları təşkil edir ki, onların da ümumi həcminin 70%-nə  qədəri qonşu ölkələrin ərazisində formalaşır.

Ölkənin əsas iri çayları hesab olunan Kür və Araz qonşu dövlətlərin ərazilərində həddindən artıq çirklənməyə məruz qaldıqlarından bu çaylarda suyun keyfiyyətinə nəzarət olunması daim diqqət mərkəzində saxlanılır. Belə ki,  bu məqsədlə Qazax və Horadiz rayonları ərazisində analitik tədqiqatlar laboratoriyaları yaradılmış, müasir ölçü cihazları ilə təchiz edilmişdir. Hazırda laboratoriyalar Kür və Araz çayları, onların transsərhəd qolları üzərindəki çaylarda suyun keyfiyyətinə nəzarəti ongündən bir, ekstremal hallarda isə gündəlik və 3 saatdan bir həyata keçirir. 

Ölkə ərazisindəki digər su obyektləri yüksək antropogen təsirə məruz qalmadığı üçün onların üzərində monitorinqlər  ayda bir, yüksək dağ çaylarında isə fəsildə bir dəfə aparılır.

Səth sularının çirklənməsinin monitorinqi 44 su obyekti (30 çay, 4 sututarı, 1 liman, 9 göl) 68 müşahidə məntəqəsində (fon və nəzarət kəsikləri) aparılır. Müşahidə məntəqələrindən götürülən su nümunəsində əsas ionlar (Ca2+, Mg2+, Na+, K+, HCO3-, Cl-, SO42-ionların cəmi), biogen birləşmələr (NH4+, NO2-, NO3-, PO43-, ümumi fosfor), çirkləndiricilər (fenollar, detergentlər, ağır metallar –Cu2+ ,Ni2+, Zn2+, Cd2+, Co3+, Cr6+, Al3+, Mn2+, Fe3+), oksigenin biokimyəvi tələbatı, oksidləşmə potensialının təyini aparılır.

Kür Araz ovalığı. Kür çayı suyunun keyfiyyəti əsasən yuxarı və aşağı axınlarında pisləşir. Son illərdə aparılan müşahidə nəticələrinə görə Kür çayı Şıxlı -2 məntəqəsində, eləcə də Bankə qəsəbəsində fenolların miqdarı yol verilən qatılıq həddini keçir. Səbəbi yuxarı axında Gürcüstan ərazisindən axıdılan transsərhəd çirkləndiriciləri, aşağı axında isə Araz çayının tökülməsi və çay boyunca yerləşən yaşayış məntəqələrindən xüsusən də Şirvan və Salyan şəhərlərindən  axıdılan sənaye və məişət çirkab sularıdır. Bu ərazidə suyun keyfiyyəti mülayim çirklənmiş su sinfinə aid olmuşdur. Aşağı axında Zərdab və Surra məntəqələrində nisbətən zəif çirklənmə səviyyəsi müşahidə olunur.

Monitorinqin nəticələri əsasında səth sularının çirklənmə vəziyyəti üzrə aylıq, transsərhəd su hövzələrinin çirklənmə vəziyyəti barədə ongünlük, ekstremal hallarda isə gündəlik bülletenlər hazırlanaraq aidiyyatı üzrə dövlət orqanlarına, qərar qəbul edən şəxslərə təqdim olunur.