• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Ətraf mühitin radiasiya şəraiti

Radiasiya kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qamma şüaları  və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır.  Ətraf mühitin təbii radiasiya fonukosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar  radiasiya fonu lokal olaraq dəyişir. 

Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioaktiv çirklənməsi yaradır. Atmosferə radioaktiv maddələr təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxarıldıqda, reaktorların istismarı zamanı və atom partlayışları nəticəsində daxil olur. Qeyd etmək lazımdır ki, 1950-60-cı illərdə keçmiş SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin tərəfindən geniş miqyaslı yer üzərində və açıq okeanlarda nüvə silahı sınaqlarının aparılması nəticəsində atmosfer havası, su obyektləri və yerüstü torpaq qatları süni radioaktiv çirklənməyə məruz qalmışdır. Bununla yanaşı, ətraf mühitin radiasiya fonuna dünyanın müxtəlif ölkələrində Atom Elektrik Stansiyaları və digər obyektlərdə baş verən texnogen qəzalar da böyük təsir göstərir. 

Bütün bunları nəzərə alaraq, Azərbaycanda 1965-ci ildən başlayaraq ölkə ərazisinin radiasiya fonu və ətraf mühitin radioaktiv çirklənməsinə 2 göstərici üzrə (təbii fon və atmosfer aerozollarının β-radioaktivliyi) mütəmadi müşahidələr aparılmağa başlanılmışdır. Ətraf  mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr 42 məntəqədə gün ərzində 3 dəfə olmaqla  saat 09:00, 15:00, 18:00 radələrində aparılır ki,  bu da respublikanın müxtəlif fiziki-coğrafi zonalarını və əksər inzibati rayonların ərazilərini əhatə edir.

Atmosfer aerozollarının radioaktivliyi üzrə gündəlik müşahidələr  Xəzər dənizinin açıq akvatoriyasından (Neft Daşları) və Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala, Naxçıvan, Quba, Beyləqan, Ağstafa, Lənkəran şəhərlərində yerləşən məntəqələrdən götürülmüş planşet nümunələrinin analizi əsasında aparılır.

2009-cu ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə həyata keçirilən “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi çərçivəsində nüvə texnologiyalarından istifadə edən ölkələrlə həmsərhəd olan Ağstafa, Sədərək, Beyləqan, Astara, Quba və Pirallahı rayonlarında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sisteminin quraşdırılması təmin edilmişdir. Monitorinq nəzarəti sisteminin ölçmə məlumatları hər yarım saatdan bir ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür. Müşahidə məntəqələrindən daxil olmuş məlumatlarının nəticələrinə əsasən “Respublika ərazisində təbii mühitin faktiki radiasiya şəraiti” adlı gündəlik bülletenlər hazırlanaraq aidiyyatı üzrə dövlət orqanlarına çatdırılır  və əlavə məlumatlar gündəlik olaraq Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.