• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Ətraf Muhit üzrə Milli Monitorinq Departamentinin Laboratoriya Mərkəzinin fəaliyyəti haqqında məlumat

Laboratoriya Mərkəzi Ətraf Muhit üzrə Milli Monitorinq Departamentinin hazırladığı proqramlar əsasında Azərbaycan Respublikasının ərazisində atmosfer havasının, yağıntıların (yağış və qar), habelə torpağın və səth sularının ekoloji vəziyyəti üzərində müşahidələri həyata keçirən operativ dövlət müəssisəsidir. 

Laboratoriya Mərkəzinin tabeliyində Qazax və Horadizdə yerləşən laboratoriyalar mütəmadi olaraq Kur və Araz çaylarının transsərhəd çirklənməsinə nəzarət edir. 

2009-cu ildə Mərkəz TASİS xətti ilə muasir cihaz və avadanlıqlarla təchiz olunmuş, yeni metodikalar tətbiq edilmiş, təyinatların sayı artırılmış, analizlər daha səmərəli üsullarla əvəz edilmişdir. Analizlər beynəlxalq İSO və QOST standartlarına əsaslanan metodikalar üzrə aparılır.

2012-ci ildə Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının “Boyuk Məsafələrdə Havanın Transsərhəd Çirkləndirilməsi Haqqında Konvensiya”nın “Avropada hava çirkləndiricilərin boyuk məsafələrə yayılmasına nəzarət edilməsi və yayılmanın qiymətləndirilməsinin birgə proqramı” – EMEP lahiyəsinin xətti ilə atmosfer havasında transsərhəd çirkləndiricilərin təyini üzrə Xızı atmosfer havasının fon tərkibinin müşahidə məntəqəsi Altıağac Milli parkı ərazisində yaradılmışdır. Bu məntəqədə atmosfer havasında PM 2.5, anionlar, kationlar və ozon üzrə nümunələrin götürülməsi, kimyəvi emalı və analizi aparılır. 

2013-cü ildə Şahdağ ərazisində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə aid olan Meteorologiya stansiyası yaradılmış və mütəmadi olaraq Mahmuddərə, Əbildərə, Şahnabad müşahidə məntəqələrindən gətirilmiş su nümunələri Mərkəzin laboratoriyalarında analiz edilir.

Atmosfer havasının çirklənməsi-Bakı şəhərində yerləşən 9 müşahidə məntəqəsində gündə 3 dəfə olmaqla (7:00, 13:00, 19:00) 15 çirkləndirici - toz, kükürd qazı, həll olan sulfatlar, dəm qazı, azot 4-oksid, azot 2-oksid, hidrogen sulfid, his, bərk flüorid, hidrogen flüorid, xlor, ammonyak, sulfat turşusu, furfurol, formaldehid üzrə nümunələr götürülür və analiz olunur.

Atmosfer yağıntıları-Respublika üzrə 26 məntəqədən - Bakı, Sumqayıt, Pirallahı, Gəncə, Mingəçevir, Ağstafa, Daşkəsən, Zərdab, Mərəzə (Qobustan), Qırız, Quba, Damarçın, Qəbələ, Şəki, Neftcala, Biləsuvar, Lənkəran, Xacmaz, Zaqatala, Kəlvəz, Şahdağ, Xızı, Naxçıvan, Ordubad, Şahbuz və Sabirabaddan yağıntı nümunəsi, 6 məntəqədən -Qırız, Daşkəsən, Damarçın, Şahbuz, Kəlvəz və Şahdağdan dayanıqlı qar nümunəsi göndərilir və üzərində 11 çirkləndirici üzrə analiz aparılır.

Təbii sular-Respublika üzrə 27 çay -Kür, Araz, Qurmuxçay, Talaçay, Ağstafaçay, Tovuzçay, Qoşqarçay, Türyancay, Göyçay, Qudyalcay, Kürəkçay, Şəmkirçay, Gəncəçay, Balakənçay, Katexçay, Əyriçay, Qaraçay, Qarasuçay, Dəmiraparançay, İstisuçay, Təngərud, Lənkərançay, Viləşçay, Vəlvələçay, Qusarçay, Qabırrı, Qanıx; 2 göl – Göygöl, Candargöl, 4 su anbarı- Mingəçevir, Ceyranbatan, Ağstafa, Şəmkir, 1 liman-Şabran limanın, Abşeron yarımadasında yerləşən 7 göl -Yasamal, Qırmızıgöl, Böyük Şor, Bül-Bülə, Masazır, Kürdəхanı, Xocahəsəndən su nümunələri götürülərək fiziki kimyəvi analizi həyata kecirilir.

Təbii muhitin radioaktivliyi-Bakı və Abşeron yarımadası üzrə radiometrik müşahidələri və Respublika üzrə (Bakı, Sumqayıt, Neft Daşları, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Ağstafa, Horadiz) radionuklidlərin ( Cs137 , K40 ,Sr 90) analizi aparılır.

Torpaqların monitorinqi-Respublika üzrə 24 məntəqə: Ağstafa, Quba, Qırız, Xacmaz, Qobustan, Gəncə, Daşkəsən, Lənkəran, Biləsuvar, Кəlvəz, Sabirabad, Neftcala, Bakı, Sumqayıt, Pirallahı, Şəki, Qəbələ, Damarçın, Zaqatala, Mingəçevir, Zərdab, Naxçıvan HMİ –nin Naxçıvan, Ordubad və Şahbuz rayonlarından hər ay, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən sənaye müəssisələrindən və onların ətraf ərazilərindən ildə 1 dəfə torpaq nümunələri göturulur və analiz olunur.

Laboratoriya Mərkəzində torpaq o cümlədən su nümunələrində ağır metallar (Pb, Ni, Cr, Cu, Cd, Mn, Fe, Al, Zn, As, Sn, Hg, Se), havada anionlar və kationların təyini üzrə analizləri həyata kecirilir.

Laboratoriya mərkəzində alınmış nəticələr təhlil edilməsi və aidiyyəti üzrə göndərilməsi üçün mütəmadi olaraq  Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə təqdim edilir.