• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Atmosfer havasının çirklənməsinin monitorinqi

Ölkə ərazisində atmosfer havasının çirklənmə vəziyyətinin monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 01 iyul tarixli 90 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq həyata keçirilir. 

Atmosfer havasının  çirklənmə vəziyyətinin monitorinqi Respublikanın 7 iri sənaye şəhərləri olan  - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Şəkidə yerləşən 25 müşahidə məntəqəsində əsas çirkləndirici inqrediyentlər (toz, kükürd qazı, dəm qazı, azot 4-oksid, azot 2-oksid, hidrogen sulfid, his, bərk flüorid, hidrogen flüorid, xlor, ammonyak, sulfat turşusu, həll olan sulfatlar, formaldehid, furfurol və fenol)   və hər bir şəhərin sənaye profilinə uyğun olan spesifik zərərli maddələr üzrə müşahidələr daimi olaraq  hər gün saat 7°°, 13°°, 19°°- da aparılır. 

Atmosferin çirklənməsi əsasən sənaye, avtonəqliyyat və başqa istehsalat sahələrinin fəaliyyəti nəticəsində baş verir. İqtisadiyyat inkişaf etdikcə, şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Avtonəqliyyat vasitələri ətraf mühitə güclü təsir göstərir. Əvvəllər avtomobillərin sayı az olduğuna görə bu ətraf mühit üçün o qədər də zərərli sayılmırdı. Son illərdə şəhərdə tikinti, bərpa və yenidənqurma işlərinin intensiv tempdə aparılması, avtonəqliyyat vasitələrinin çoxalması, küçələrdə yaranan avtomobil tıxacları hava hövzəsinin dayanıqlı çirklənməsinə gətirib çıxarır və hal-hazırda ciddi problemə çevrilmişdir.

Bir sıra hallarda iri sənaye şəhərlərində (əlverişsiz meteoroloji şəraitdə –yüksək temperaturlu, küləksiz və yüksək rütubətli günlərdə) atmosfer havasında bəzi spesifik çirkləndiricilərdən dəm qazı, azot-4 oksidi, toz, formaldehid və furfurolun qatılıqları sanitar normadan çox qeydə alınır. Belə hallarda tullantıların miqdarının azaldılması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə (nəqliyyatın şəhər daxilində hərəkətin məhdudlaşdırılması və s.) aidiyyatı orqanlara xəbərdarlıq hazırlanaraq göndərilir.

Ölkəmiz demək olar ki, mütəmadi olaraq transsərhəd çirklənməyə məruz qalır. Belə ki, sinoptik vəziyyətdən asılı olaraq Respublika ərazisinə Tükmənistan və Ərəbistan yarımadasından toz dumanı daxil olur, bu da qısa müddətli olsa da havada tozla yüksək çirklənmə vəziyyəti yaradır.

Çoxillik müşahidələrin nəticələri göstərir ki, Bakı şəhərində havada olan çirkləndiricilərdən tozun orta illik qatılığı 1,3, azot 4-oksid 1,7, formaldehid 3,3, hidrogen flüorid 2,6 dəfə yol verilən qatılıq həddini (YVQH-ni) keçir. Sumqayıt şəhəri üzrə havada əsas çirkləndiricilərdən olan azot 4-oksid 2,0, hidrogen flüorid  1,4, xlor isə 2,7 dəfə YVQH-dən çox olmuşdur. Gəncə şəhəri üzrə atmosfer havasında müşahidə olunan zərərli maddələrdən yalnız  hidrogen flüoridin qatılığı 1,2 dəfə yol verilən qatılıq həddindən artıq  olmuşdur. Mingəçevir şəhərində aparılan müşahidələrin nəticələrinə görə fenol 1,7 dəfə YVQH-dən çox olmuşdur. Şəki, Lənkəran və Naxçıvan şəhərləri üzrə atmosfer havasındakı zərərli inqrediyentlərin orta və maksimal qatılıqları yol verilən qatılıq həddini keçmir.

Müşahidələrin nəticələrinə görə yuxarıda göstərilən şəhərlərin atmosfer havasında ifrat yüksək və yüksək çirklənmə halları qeydə alınmamışdır.