• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi sahəsində keçirilən monitorinqlər

Xəzər dənizində ekoloji problemlərin vaxtında aşkar olunması və aradan qaldırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi  Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək 955 km-lik sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqin keçirilməsini təşkil edir və onu həyata keçirir.

Monitorinqlər zamanı dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay, və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edilir, məlumat toplanılır, təsirin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin çirklənməsinin monitorinqi – dənizin çirklənmədən mühafizə edilməsi məqsədilə onun çirklənmə mənbələrinin, dənizə atılan/axıdılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir. Xəzər dənizinin (gölünün) çirklənməsinin monitorinqinə aşağıdakılar daxildir:

  • dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi;
  • dənizin Azərbaycan Respublikasına mənsub olan bölməsində daha intensiv çirklənməyə məruz qalan sahələrində, kurort-sağlamlıq və balıqçılıq zonalarında suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin fiziki, kimyəvi və hidrobioloji göstəricilərinə daimi nəzarət edilməsi;
  • çirkləndirici maddələrin qatılıqlarının zaman və məkan dinamikasının tətqiq edilməsi və bu dinamikanın təbii sirkulyasiyası prosesləri, dənizin hidrometeoroloji rejimi və təsərrüfat fəaliyyətinin xüsusiyyətlərindən asılılığının öyrənilməsi;
  • açıq dənizdə, sahil zonalarında və dəniz sərhədi boyunca suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə müntəzəm və mütəmadi müşahidələrin aparılması;

Dəniz suyunun və dib çöküntülərinin fon tərkibi üzrə müşahidələr açıq dənizdə və az çirklənməyə məruz qalmış ayrı-ayrı sahil rayonlarındakı uzun müddətli okeanoloji (dəniz hidrometeoroloji) stansiyalarda aparılır. Suyun çirklənməsi üzrə müşahidələr dənizin okeanoloji standart dərinliklərində (0,5, 10, 20, 50, 100, 500, 1000 m) və dib qatında aparılır. Müşahidə stansiyaları (məntəqələri) dənizin çirklənmə səviyyəsindən asılı olaraq üç kateqoriyaya bölünür. Kateqoriyalar çirklənmə mənbələrinin gücü və yerləşməsi, çirkləndiricilərin tərkibi, forması və qatılığı, fiziki - coğrafi və regional xüsusiyyətlər nəzərə alınmaqla aşağıdakı şəkildə müəyyən edilir:

  • I kateqoriyalı stansiyalar (məntəqələr) dənizin mühüm iqtisadi əhəmiyyətli, yüksək dərəcədə antropogen təsirə məruz qalan sahilyanı hissələrində, balıq və digərsu bioresurslarınınkürüləmə, artma və qışlama yerlərində, liman və limanətrafı sahələrdə, iri yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı tullantı sularının axıdıldığı, faydalı qazıntıların kəşfiyyatı, hasilatı, istismarı və nəqli yerlərində böyük çayların mənsəblərində təşkil olunur. Bu stansiyalarda vizual və iki-üç çirkləndiricilər üzrə müşahidələr ayın birinci və üçüncü dekadasında, hidrokimyəvi göstəricilər üzrə tam həcmli müşahidələr isə hər ayın ikinci dekadasında aparılır və dəniz mühitinin vəziyyəti haqqında operativ məlumatlar alınır. Hidrobioloji göstəricilərdən fitoplankton, zooplankton və mikrobioloji göstəricilər üzrə tam həcmli müşahidələr ildə bir dəfə aparılır.
  • II   kateqoriyalı müşahidə stansiyaları (məntəqələri) dəniz suyunun çirklənməsinin mövsümi və illik dəyişmələrini tədqiq etmək üçün açıq dənizdə və sahilyanı zonalarda çirkləndirici maddələrin miqrasiya prosesləri nəticəsində daxil olduğu yerlərdə təşkil olunur. Bu stansiyalarda çirkləndirici maddələr və fon tərkibi üzrə tam həcmli müşahidələr hidrometeoroloji şəraitdən asılı olaraq ildə 5-6 dəfə aparılır. Hidrobioloji göstəricilər üzrə tam həcmli müşahidələr ildə bir dəfə aparılır.
  • III  kateqoriyalı stansiyalar çirklənmənin fon səviyyəsinin tədqiqi, bu fonun mövsümi və illik dinamikasının öyrənilməsi və kimyəvi maddələrin balansının hesablanması məqsədilə açıq dənizdə ən az çirklənməyə məruz qalan hissələrdə təşkil olunur. Bu stansiyalarda çirkləndirici maddələr və fon tərkibi üzrə tam həcmli müşahidələr hidrometeoroloji şəraitdən asılı olaraq ildə 2-4 dəfə aparılır. Hidrobioloji göstəricilər üzrə müşahidələr 3 ildə bir dəfə aparılır.

Dənizin dib çöküntülərinin çirklənməsi üzrə müşahidələr I və II kateqoriyalı monitorinq stansiyalarında aparılır. Kateqoriyasından asılı olmayaraq monitorinq stansiyalarının hamısında dəniz mühitinin çirklənməsi üzrə aparılan tam həcmli müşahidələr zamanı hidrometeoroloji parametlər öyrənilir/ölçülür (suyun temperaturu, su axımının istiqaməti və sürəti, atmosfer təzyiqi, küləyin istiqaməti və sürəti, atmosfer yağıntıları, nisbi rütubət).

Monitorinq nöqtələrindən götürülmüş nümunələr Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin laboratoriyalarına təhvil verilir. Laboratoriyada monitorinqlər nəticəsində götürülmüş su, dib çöküntüsü, şlam və qazma məhlulu nümunələri üzərində analitik, bioloji, ekotoksikoloji və mikrobioloji təhlillər aparılır:

  • Analitik Tədqiqatlar  - nümunələr üzərində fiziki-kimyəvi və kimyəvi  təhlillər aparılır.
  • Ekotoksikologiya - nümunələr üzərində Dahpnia maqna və Pontoqammarus maeoticus test orqanizmlərindən istifadə edilməklə su nümunələri, qazma məhlulu, şlam və dib çöküntüləri üzərində ekotoksikoloji təhlillər aparılır.

Hidrobiologiya-sunümunələri üzərində ümumi Bağırsaq Çöpü Bakteriya Qrupunun və şərti patogen bakteriyası olan Escherichia coli-nin (E.coli) miqdarının təyini,zooplankton və zoobentos orqanizmlərinin say və kütləsinin öyrənilməsi və təmizləyici qurğuların işinin səmərəliliyini yoxlamaq məqsədi ilə aktiv lil və su nümunələri üzərində bioloji təhlillər aparılır.