• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Xəzər dənizinin mövcud ekoloji vəziyyəti barədə məlumatlar

Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10-20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu 7 min km-dir ki, onun da 955 km-i Azərbaycan Respublikasının payına düşür.

Xəzər dənizinin su balansında əsas rolu dənizə tökülən 130-a qədər çay təşkil edir. Dənizin qidalanmasında 1380 min km2 hövzəsi olan Volqa çayının xüsusi əhəmiyyəti vardır . Bu çay vasitəsilə dənizə ümumi illik axar Volqa çayı 80%, digər çaylar - Kür 6%, Ural 5%, Terek, Sulaq və Samur birlikdə 4,5%, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5% təşkil edir.

Xəzər dənizində axınlar mövcuddur ki, bunların da yaranmasına səbəb olan amillər əsasən küləklər, dəniz dibinin relyefi, sahil xəttinin konfiqurasiyası, dənizin müxtəlif sahələrinin suyunun temperatur fərqi, dənizə tökülən çaylardır ( əsasən Volqa çayının təsiri böyükdür).  Volqa çayından gələn suyun bir hissəsi Şimal Qərb istiqaməti ilə Orta Xəzərə axır, o biri hissəsi isə Şimal Şərq istiqamətində hərəkət edərək antisiklonik su dövranını yaradır.

Xəzər dənizinin sularının şəffaflığı ilin fəsli və coğrafi rayonundan aslı olaraq dəyişir. Dibin relyefi axınların istiqaməti və sürətinə əsaslı təsir göstərir. Dənizin dibinin relyefi üç əsas formada təzahür edir - şelf, materik yamacı və dəniz dibinin dərin çökəklik sahələri. Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Şelf zonasından sonra materik yamacı başlayır.

Orta Xəzərdə bu zona 500-600 metr dərinliyində, Cənubi Xəzərdə isə 700-750 metrdə qurtarır.  Xəzər dənizində iki dərin Dərbənd (788 m.) və Lənkəran (1025 m.) çökəklikləri qeydə alınmışdır. Coğrafi mövqeyinə görə Xəzər dənizi üzərində şimal-qərb, şimal və cənub-şərq küləkləri hökm sürür. Buna uyğun olaraq Xəzər dənizində şimal və şimal-qərbdən, cənub və cənub-şərqə və ya cənub-şərqdən şimal-qərbə və şimala doğru hərəkət edən dalğalar yaranır.

Xəzərin çirklənmə səbəbləri müxtəlifdir:

  • Xəzərə axan çaylar vasitəsilə gələn çirkləndiricilər
  • Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən gələn çirkləndiricilər
  • Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə
  • Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə
  • Üzən vasitələrin nəql və daşınma zamanı (tankerlərdən) neft və neft məhsullarının sızması
  • Kənd təsərrüfatı sahələrində istifadə olunan gübrələrin bir hissəsinin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması
  • Gəmiçilikdə çirkləndirici amil kimi əsasən ballast suları, məişət fekal suları və döşəməaltı sular (neftli lay suları), tərsanələrdə gəmilərin təmiri zamanı formalaşan tullantılar və s.

Bu çirkləndirici mənbələr içərisində birinci yeri Xəzərə axan çaylar tutur ki, bununda çox hissəsi  Volqa çayının payına düşür. Azərbaycan Respublikası ərazisindən Xəzər  dənizinə bir çox  irili-xırdalı  çaylar axır ki, bu çaylardan Qudyalçay, Sumqayıtçay, Viləşçay və Lənkərançay qismən məişət-fekal tullantı suları ilə çirkləndirilir, Kür çayı isə Gürcüstan Respublikası  ərazisində çirkləndirilərək (Tiflis şəhərinin bütün tullantı suları bu çaya axıdılır) Respublika ərazisinə daxil olur, eyni zamanda Sabirabad rayonu ərazisində isə Ermənistan Respublikası ərazisində çirkləndirilərək Kür çayına qovuşan Araz çayı vasitəsilə bir qədər də çirkləndirilir. Xəzər dənizinin çirklənməsinin digər səbəbidə təbii axarların yaxınlığında və sahil zolağında fəaliyyət göstərən müəssisə və obyektlərdə formalaşan tullantıların düzgün idarə olunmamasıdır. Bunun nəticəsində Xəzər dənizi antropogen təsirə məruz qalır və su mühitində yaşayan canlı orqanizmlərin məhvinə səbəb olur. Xəzər dənizində çirklənmələrin əsas səbəblərindən biri də sahil zolağında, çimərliklərdə neft ləkələrinin qeydə alınması iri sənaye müəssisələrində təmizləyici qurğuların effektli işləməməsi və üzən vasitəsələrdə (gəmilərdə) döşəməaltı sularının dənizə atılmasıdır. Xəzər dənizinin neftlə çirklənmənsinin qarşısını alınması üçün aşağıdakılar vacibdir:

  • Xəzər dənizi ilə əlaqəsi olan axarlara iri sənaye müəssisələrində (NQÇİ, Neft Emalı zavodları, Kimya sənaye müəssisələri və s.) formalaşan çirkab suların təmizlənmədən atılmasının qarşısının alınması;
  • Neft və neft-kimya müəssisələrində istismar olunan avadanlıqların müasir tələblərə cavab verən avadanlıqlarla  əvəz olunması;
  • Açıq dənizdə fəaliyyət göstərən və NQÇİ-lərin tabeliyində olan, uzun müddət fasiləsiz istismar olunan hidrotexniki qurğuların müasir tələblərə cavab verən qurğularla əvəz edilməsini;

Neftlə çirklənmə qeydə alınarsa onun dərhal aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlərin görülməsi;