• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Yaşıllaşdırma layihələri

2008-2018-ci illərdə 16 böyük yaşıllaşdırma layihələri işlənmişdir. Bu illər ərzində Yaşıllaşdırma İdarələrinin sayı 3-dən 9-a çatdırılmışdır ki, bu da layihələr və layihələrdən kənar ərazilərdə salınmış yaşıllıqların becərilməsi, mühafizəsi və qorunması işini daha operativ həyata keçirilməsini təmin etmişdir.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC istehsalat fəaliyyətinə başladığı dövrdən 2018-cı ilə kimi yaşıllıqların salınması üçün ayrılmış ərazilər hətta mal-qara otarmağa yararsız, şoranlaşmış, su və qamışlıq basmış, bataqlaşmış, neft və tikinti tulantıları ilə çirklənmiş, istifadəsiz qalmış torpaqlardan ibarət olmuşdur. 

Bu müddət ərzində həmin ərazilərdə 4 milyon m3-dən artıq torpaq-hamarlama işləri aparılmış, dərə və yarğanlar doldurulmuş, neft və məişət tullantıları ilə çirklənmiş ərazilər təmizlənmiş, sahələrə yaşıllıqların salınması üçün 1 milyon m3-dən çox münbit torpaq qatı əlavə edilmiş, üzvi və mineral gübrələr verilmişdir. 

11 min km uzunluğunda damcılı suvarma sistemi quraşdırılmış, 23 ədəd müxtəlif güclü transformatorlar, 13400 m3 həcmində 13 ədəd dəmir-beton və 4095 m3 həcmində 49 ədəd dəmir və plastik su çənləri qurulmuşdur. 793 min m3 həcmində 15 ədəd torpaq su anbarları, 32 ədəd nasosxana, 38 ədəd gözətçi evləri inşa edilmiş, 10 km-lərlə elektrik xətləri, alternativ su mənbələri yaratmaq məqsədilə 30 və 12 km–dən 200 mm-lik borularla su xəttləri, 300 km-dən çox mühafizə və drenaj kanalları çəkilmişdir. 

Ümumilikdə 2008-2018-ci illərdə icra edilmiş layihələr əsasında, habelə ASC-nin tabeli qurumları tərəfindən qeyri-meşə fondu torpaqlarında 4236 ha ərazidə müxtəlif cinsli (zeytun, Eldar şamı, ağcaqayın, iydə, sərv, göyrüş, qarağac, meliya, oleandr, fısdıq şamı, lələk, tuya, qara şam, ardıc, tut, ərik, nar, fatunya, maklyura, badam və s.) 5 milyon 395 min 792 ədəd ağac və kol bitkiləri əkilmişdir ki, bundan da yerinə yetirilmiş yaşıllaşdırma layihələri əsasında 1944 ha ərazidə 1 milyon 819 min 352 ədəd, ASC-nin tabeli qurumları tərəfindən layihələrindən kənarda qeyri-meşə fondu torpaqlarında isə 2292 ha ərazidə müxtəlif cinsli  3 milyon 576 min 440 ədəd ağac və kol bitkiləri əkilmişdir

Son illər ərzində yaşıllaşdırma layihələri çərçivəsində zeytun bağlarının salınmasına xüsusi önəm verilmişdir.

Zeytunçuluğun ölkə ərazisində inkişafı məqsədilə, Nazirlik tərəfindən 2008-2018-cı illər ərzində büdcə vəsaiti və daxili imkanlar hesabına Türkiyə, İtaliya və digər ölkələrdən 1 milyon 300 mindən çox davamlı və məhsuldar zeytun tingi alınaraq ölkəyə gətirilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları və Dövlət Proqramları çərçivəsində qeyri-meşə fondunun ağacbitmə şəraiti çətin olan aşağı keyfiyyətli torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolağından kənarda müasir dizaynla hazırlanmış layihələr əsasında əkilmişdir.

Beləliklə, salınmış zeytun əkinlərinin sahəsi 2098 hektara çatdırılmışdır ki, bunun da 1300 hektarında zeytun ağacları kompakt şəkildə əkilmişdir. Bununla da son illərdə Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə zeytun əkinlərinin sahəsi 3 dəfə  artaraq 3000 hektarı keçmişdir. Bu işlər bu ğün də davam etdirilir.