• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmişdir.     

Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir.

İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır.

2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə  çatdırılmışdır. 

Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 kubmetrədək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılmışdır.

Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilmiş, həcmləri 500 m3 və 200 m3 olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çənləri quraşdırılmış, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 150 m3, 500 m3, 2000 m3,  20000 m3 və 25000 m3 olan geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 6 ədəd su anbarları, avadanlıqların quraşdırıldığı 750 m2 bina, 120 m2 ofis binası və s. inşa edilmişdir. Eyni zamanda  kompleksin inzibati strukturları yaradılmış və seçilmiş işçi heyətə müvafiq təlimlər keçirilmişdir.

Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 kubmetr gücündə qurğular inşa edilmiş və 2016-cı ildə onların istehsal gücü 2 dəfə artırılaraq 5000 kubmetrə çatdırılmışdır. Burada həcmi 500 m3 olan xüsusi örtüklə izolyasiya olunmuş metal su çəni qurulmuş, həcmi 2000 m3 olan yeraltı dəmir-beton su anbarı inşa edilmişdir.

Azməsrəfli adi texnologiyalardan istifadə etməklə Şirvan kollektorunun suyunu da içməli su keyfiyyətinə çatdırmaq mümkündür.

Bununla da hazırda Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında gündə 7000 kubmetr su istehsal olunur. Faktiki olaraq bu suların hesabına 1 750 hektar ərazidə salınmış bağları suvarmaq olar. Nəzərə alsaq ki, hazırda salınan aqromeşə massivlərinin bir hissəsi Salyan və Qaradağ kimi arid ərazilərə düşür, burada suvarma ilə bağlı məsələlər öz həllini tapmışdır.

Hazırda Salyan rayonunun ərazisində istehsal olunan bu sulardan 50-70 min əhalisi olan bir şəhəri içməli su ilə təmin etmək mümkündür. Bu o deməkdir ki, ehtiyac olarsa, Azərbaycan sınaqdan çıxmış texnologiyalar əsasında Xəzərin sularından və digər alternativ mənbələrdən istifadə edərək öz ehtiyaclarını ödəməyə tam hazırdır.

 2013-cü ilin yanvarından istismara verilmiş Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında bu günədək 5 milyon kubmetrdən artıqsu istehsal edilmişdir. Hazırda bu sulardan suvarmaya yararlı suyun məhdud olduğu ətraf ərazilərdə salınmış 630 hektar yaşıllıqların, o cümlədən zeytun plantasiyalarının və ildə 1 milyondan artıq əkin materialı yetişdirilən tinglik sahələrinin  suvarılmasında istifadə olunur.