• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Geoloji axtarış və kəşfiyyat

Geoloji axtarış və kəşfiyyat işləri çərçivəsində sistemləşdirilmiş geoloji tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji) aparılması, perspektiv sahələrdə geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi, mineral-xammal ehtiyatlarının və resurslarının hesablaması, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin öyrənilməsi  həyata keçirilir.

Son 17 il ərzində  310 yataq, o cümlədən 13 filiz, 65 qeyri-filiz, 225 inşaat materialları və 7 yeraltı şirin su yatağının ehtiyatları hesablanmışdır. Son illərdə kəşf olunmuş faydalı qazıntı yataqları hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır.

Azərbaycan Respublikasının mövcud mineral-xammal bazasını  strateji əhəmiyyətli faydalı qazıntı yataqları və eləcə də  sənaye xammalları və tikinti materialları, mineral,süfrə,sənaye,termal su ehtiyatları hesabına genişləndirmək məqsədi ilə yer təkinin kompleks geoloji öyrənilməsi zamanı regional geoloji, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji və bu qəbildən olan digər məxsusi tədqiqatların planauyğun və məqsədyönlü aparılması tələb olunur.

Hal-hazırkı dövrə qədər 1:50000 miqyaslı geoloji planalma işləri ilə ölkə ərazisinin   xeyli hissəsi örtülmüşdür. Keçən əsrin ortalarından başlanan 1:50000 miqyaslı geoloji planalma işlərinin nəticəsində tərtib olunan geoloji və faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqları xəritələrinin əksəriyyəti müasir dövrün tələblərinə tam cavab vermədiyi üçün onların daha da dəqiqləşdirilməsinə (yer səthinin aerokosmikfotoşəkillərinin məsafədən zondlaşdırılmasına, spektroqramlar vasitəsilə incələnən perspektiv sahələrin ərazi doğrulama çalışmaları vasitəsilə, gizli strukturların isə buruq qazma işləri vasitəsilə öyrənilməsinə) zərurət yaranmışdır.

Son dövrlərdə geologiya elminin inkişaf aspektləri içərisində ən önəmli yer alan aerokosmik (TERRA, Aster və digər) fotoşəkillərin məsafədən incələnməsi üzrə tətbiq olunan kompyuter proqramları (Arc.GİS, Arc View, Erdas İmagine, Pci Geomatica, Envi) vasitəsi ilə yer səthinin geoloji strukturunun öyrənilməsi, spektroqramlar əsasında minerallaşmış, hidrotermal dəyişmiş və digər (faydalı qazıntılara perspektiv) sahələrin müəyyənləşdirilməsi həyata keçirilir.

Ərazi doğrulama çalışmaları (müvafiq miqyaslı geoloji marşrutların keçilməsi, dag-qazma, sınaqlaşdırma işlərinin aparılması) ilə müşaiyət olunan bu tədqiqatlar vasitəsilə faydalı qazıntılara perspektiv olan sahələrin müəyyənləşdirilməsinə daha operativ surətdə nail olmaq mümkündür.

Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının son nəticəsi olan sənaye potensiallı filiz, qeyri filiz, inşaat materialları, su yataqlarının ehtiyatları dövlət qeydiyyatına alındıqdan sonra onların xalq təsərrüfatı dövriyyəsinə cəlb edilməsi, iqtisadiyyatın kəşf edilmiş və sənaye ehtiyatı təsdiq olunmuş mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatının ödənilməsi zərurəti meydana çıxır.  

Respublikamızda aşkar olunmuş filiz yataqları aşağıdakı mineral-xammal qruplarına ayrılır: dəmir və dəmir-ərinti materialları;əlvan metallar; nəcib metallar və radioaktiv metallar. Respublikamızda mövcud olan sənaye sahələrinin tələbatını ödəmək məqsədi ilə aşağıdakı istiqamətlərdə geoloji-tədqiqat işləri aparılmış və müvafiq xammal ehtiyatları qeydə alınmışdır: kükürd, barit, gips, anhidrit, gəc, bor, keramika xammalı, dolomit, maqnezium oksidi, serpentinit, seolit, bentonit gilləri, kvarsit, xörək duzu, daş kömür, qonur kömür, kömürlü süxurlar, yanar şistlər, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı ,şüşə xammalı, vermikulit ,selitra, korbanat xammalı, əlvan daşlar, kaolin gilləri, fosforit, apatit.

Inşaat materiallarına: tikinti işlərində istifadəyə yararlı daş xammalları,tikinti və yol işlərində istifadəyə yararlı qum-çınqıl, qum xammalları,sement xammalı, əhəng xammalı, bitumlu süxurlar və s aid edilmişlər.

Respublikanın kənd təsərrüfatında və əhalinin su təchizatında mövcud olan problemləri qismən aradan qaldırmaq məqsəd Gəncə, Xankəndi, Yevlax, Ucar, Ağdaş, Şəki, Cəlilabad, Siyəzən, Göyçay, Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Ağdam, Şamaxı, Beyləqan, İmişli, Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa, Xocavənd rayonlarının və Naxçıvan MR-in yaşayış məntəqələrinin, sənaye obyektlərinin su təchizatı məqsədi ilə yeraltı suların ehtiyatları hesablanaraq təsdiq edilmişdir. Mineral sular Abşeron İCR üzrə Suraxanı, Mərdəkan, Bilgəh, Pirsağı, Buzovna, Quba-Xaçmaz İCR üzrə Çuxuryurd, Çaqan, Şəki-Zaqatala İCR üzrə İlisu, Yuxarı Qarabağ İCR üzrə Turşsu, Kəlbəcər-Laçın İCR üzrə Tutğun, İstisu, Minkənd, Lənkəran İCR üzrə Meşəsu, İbadsu, Naxçıvan MR üzrə Badamlı, Sirab, Sirabçay-Qabaqçay, Vayxır, Darıdağ yataqlarında qeydə alınmışdır. Termal sulara məxsusi hidrogeoloji tədqiqat işlərı nəticəsində Azərbaycan Respublikası ərazisində öyrənilmə və xalq təsərrüfatının müxtəlif sahələrində istifadəyə yararlılıq dərəcəsindən, həm də geostruktur, hidrogeotermik və geotermik şəraitindən asılı olaraq hidrogeotermik rayonlar ayrılmışdır: Yeraltı suların monitorinqi üzrə tədqiqatlar Azərbaycan Respublikası ərazisinin, əsasən düzənlik və dağətəyi sahələrini əhatə edir. Işlərin bir sıra növləri, o cümlədən, yeraltı suların çirklənməsinin öyrənilməsi respublikanın bütün ərazisini əhatə edir.

Azərbaycan Respublikası ərazisində və eləcə də Abşeron yarımadası ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi işləri mütamadi olaraq davam etdirilir. 

Böyük Qafqazın Cənub və Cənub-şərq yamaclarının, İri geostrukturların təmas zonasının, Abşeron periklinalı və Kiçik Qafqazın şimal-şərq kəsimlərinin dərinlik geoloji-tektonik quruluşu və geodinamik şəraiti öyrənilmiş, mineragenik xüsusiyyətləri qiymətləndirilmişdir. 

Faydalı qazıntı yataqlarının geologiyası və proqnozlaşdırılması elmi-tədqiqat mövzusu kimi mütamadi  olaraq respublika ərazisində mövcud olan ənənəvi və eləcə də mütərəqqi metodlarla aşkarlanması mümkün olan qeyri-ənənəvi faydalı qazıntı yataqlarının geoloji, geofiziki, geokimyəvi, struktur, metallogenik və s. meyarlarının tədqiqinə istiqamətlənmişdir. Sənayedə istifadə olunmayan mineral-xammal ehtiyatları və resurslarının təhlili və qiymətləndirilməsi məqsədi ilə texniki-iqtisadi tədqiqatların aparılması xüsusi önəm daşıyır və elmi-tədqiqat mövzusu kimi mütəmadi olaraq davam etdirilir. Filizlərin zənginləşdirilməsi və texnoloji tədqiqatlar mövzusu respublikamızda aşkar olunmuş bütün yeni növ filizlərin və xammalların sənaye istismarına cəlb olunması üçün tələb olunan texnoloji meyarların iqtisadi-texnoloji tədqiqinə yönəldilmişdir.