• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Reintroduksiya layihələri

Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər sırasında Azərbaycan xalqının böyük önəm verdiyi, dastan və şerlərdə vəsf edilən, mifik təfəkkürdə əks olunan  ceyran növünün tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi  xüsusi  yer tutur.

2003-ci ildə yaradılmış Şirvan Milli Parkında Avropada yeganə və ən böyük ceyran populyasiyasının sayı qısa müddət ərzində 4 000 başdan 7000 başa qədər artmış və bu əhəmiyyətli növün arealı təbii yolla  xeyli genişlənmişdir.

Nadir ceyran növünün minimum antropogen təsir göstərmək şərtilə beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif vasitələrlə (keyidici silah və tor) tutularaq vaxtıilə mövcud olduqları tarixi areallarına buraxılması yolu ilə  yeni ərazilərdə bərpasına nail olunması məqsədilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə start verilmişdir.

2010-cu ildən etibarən başlanılmış Layihə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kompaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilməkdədir. 

Keçən müddət ərzində layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilmiş, Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur –Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilmiş, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarılmışdır.

2010-cu il 24 dekabr tarixində “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan ceyranları Qobustan-Cəngiçay ərazisinə buraxmışlar.

Layihənin icrası üçün tələb olunan avadanlıqlar-ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmışdır və Layihənin bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini vermişlər. Bu avadanlıqlardan istifadə etməklə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı hərəkətlərinin nəzarəti də həyata keçirilir.

Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınmışdır.

Eyni zamanda Layihənin gedişatı boyu əhali arasında davamlı maarifləndirmə tədbirləri aparılmış, Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyin (TJS) maliyyə dəstəyi ilə 7000 buklet paylanılmış və 100-dək müvafiq maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilmişdir.

Bu günədək 169 baş ceyran Azərbaycanda növün tarixən məskunlaşdığı ərazilərə köçürülmüşdür. 2013-cü ilədək Azərbaycanın 4 regionunda  ceyranların  mərhələlərlə  tutularaq  köçürülməsi   işi             həyata keçirilərək uğurlu nəticələr əldə olunmuşdur.

2013-cü ilin oktyabr ayında ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası üzrə işlərə start verilərək ilk 10 baş ceyran Gürcüstan Respublikasına göndərilmişdir.

Bu tədbirlər nəticəsində Regionda davamlı ceyran populyasiyasının formalaşmasına nail olunur ki bu da ekoloji dayanıqlı inkişaf amillərinə cavab verməklə həmçinin ekoloji turizmin inkişafına müsbət təsirini göstərir.

Hazırda ölkəmizdə Avropa bizonunun təbiətimizə introduksiyası üçün tədbirlər həyata keçirilir.

2012-ci ilin sonlarından etibarən Avropa bizonu növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilərək, bu növün yerli populyasiyasının yaradılması məqsədilə işlər aparılır. Bununla bağlı, WWF-in Qafqaz Nümayəndəliyinin təşkilatçılığı və  Cənubi Qafqaz üçün Transsərhəd Birgə Katibliyin (TJS) maliyyə dəstəyi ilə 2013-cü ildə Hollandiyalı mütəxəssis Yup Vlandesekker bir neçə dəfə ölkə ərazisində tədqiqat aparmış,  bizonun buraxılması üçün təklif edilən ərazilərin xüsusiyyətləri və risk kriteriyaları müzakirə edilmişdir.

2014-cü ildən etibarən Layihə çərçivəsində real işlərə başlanılması nəzərdə tutulur. Bu məqsədlə Rusiya Federasiyası ilə aparılmış danışıqlar nəticəsində 5 ədəd bizonun ölkəmizə köçürülməsinə dair razılıq əldə olunmuşdur. Hazırda Layihənin davamlı maliyyələşdirilməsi üçün donor təşkilatların müəyyən olunması istiqamətində işlər aparılır. Layihə üzrə İDEA Kompaniyası tərəfdaş kimi cəlb olunmuşdur və Kompaniyanın iştirakı ilə geniş təbliğat yönümlü işlərin aparılması Layihənin uğurlu nəticələnməsinə bilavasitə təsir göstərə bilər.