• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Ovçuluq təsərrüfatları

Ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir.  

Ovçuluq təsərrüfatı - təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyektidir.  

Samux Dövlət Ovçuluq Təsərrüfatı - Samux, Goranboy və Yevlax rayonlarının inzibati ərazilərində 40424 ha sahəni əhatə edir. Ərazinin 19300 hektarını Kürqırağı tuqay meşələr təşkil edir. Təsərrüfatın ərazisində məməlilərdən ceyran, cöl donuzu, oxlu kirpi, dovşan, su samuru, quşlardan turac, kəkıik, qırqovul və su-bataqlıq quşlarının isə bir cox növləri qorunur.  Məlumat üçün bildiririk ki, Samux Dövlət Ovçuluq Təsərrüfatının hüquqi şəxs statusunun ləğv edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir. Bununla yanaşı, təsərrüfatın bir hissəsində dövlət təbiət qoruğu statuslu yeni xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması nəzərdə tutulmuşdur.

Uludüz ovçuluq təsərrüfatı  - Şamaxı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 5500 hektar təşkil edir. Yaradılmasında əsas məqsəd çöl donuzu, qonur ayı, qırqovul və s. ov obyektlərinin artırılması, bərpası və icazə verilən növlərin ovlamasından ibarətdir.

Yaşma ovçuluq təsərrüfatı - Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 4000 hektar təşkil edir. Əsas məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Zavvar ovçuluq təsərrüfatı - Cəlilabad rayonunun inzibati ərazisində yerləşir, sahəsi 20000 hektar təşkil edir. Əsas məqsəd su-bataqlıq quşlarıının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsi və ovlanmasından ibarətdir.

Qırmızıkənd ovçuluq təsərrüfatı – Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yerləşir, sahəsi 10000 hektar təşkil edir. Yaradılmasında əsas məqsəd su-bataqlıq quşlarının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Ağzıbir ovçuluq təsərrüfatı - Şabran rayonunun inzibati ərazisində yerləşir, sahəsi 21000 hektardır. Əsas məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Mahmudçala ovçuluq təsərrüfatı - Biləsuvar rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7136 hektar təşkil edir. Əsas məqsəd köçəri quşların mühafizəsi və ovlanmasıdır.

Giləzi ovçuluq təsərrüfatı - Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 25 hektar təşkil edir. Əsas məqsəd köçəri quşların mühafizəsi və səmərli istifadəsindən ibarətdir.

Varvara ovçuluq təsərrüfatı - Yevlax rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7762 hektar təşkil edir. Əsas məqsəd su bataqlıq quşlarıının, xəzdərililərin mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Babadağ ovçuluq təsərrüfatı - Quba rayonunun inzibati ərazisində yerləşir, sahəsi 61000 hektar təşkil edir. Əsas məqsəd çöl donuzu, qonur ayı, qırqovul, Dağıstan turu və s.ov obyektlərinin artırılması, bərpası və icazə verilən növlərin ovlamasından ibarətdir.

Şəki ovçuluq təsərrüfatı - Şəki və Oğuz rayonlarının inzibati ərazisində yerləşir, sahəsi 60000 hektar təşkil edir. Əsas məqsəd çöl donuzu, qonur ayı, dağ kəli, qırqovul, köpkər və s. ov obyektilərinin artırılması, bərpası və ovlamasından ibarətdir.