• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Kartoqrafiya fəaliyyəti

  • “Azərbaycanın geomorfoloji xəritəsi” - bu xəritə indiyədək tərtib olunmuş bütün  geomorfoloji xəritələrdən məzmununa, əks etdirilən tərkib elementlərinə görə ən zəngin  xəritədir.
  •  “Azərbaycan və həmsərhəd ölkələr xəritəsi” - bu xəritə formatına görə bütün həmsərhəd ölkələri və Xəzər dənizi akvatoriyasını əhatə edən xəritədir.
  • “Sumqayıt şəhərinin xəritəsi”;
  • “Bakı şəhərinin Suraxanı rayonunun  xəritəsi”,
  • “Bakı şəhərinin Sabunçu rayonunun xəritəsi”,
  • “Bakı şəhərinin Pirallahı rayonunun xəritəsi”,
  •  “Bakı şəhərinin Xəzər rayonunun xəritəsi”,
  •  “Bakı şəhərinin Qaradağ rayonunun xəritəsi”- Bakı şəhərinin rayonlarının və Sumqayıt şəhərinin xəritələri yerli idarəetmə orqanları tərəfindən infrastrukturun idarəedilməsi, planlaşdırma və s. məqsədlərdə istifadə üçün nəzərdə tutulmuşdur.
  • “Dünyanın İqlim xəritəsi” - Dünyanın iqlim xəritəsi əvvəllər də nəşr olunmuşdur, lakin yeni nəşrdə dünya iqliminin formalaşmasına təsir edən əsas amillər (relyef, coğrafi mövqe və hava kütlələrinin hərəkəti), ekstremal iqlim hadisələri (fırtınalar, tornadalar və s.) və s. göstəricilər ilk dəfə olaraq təsvir edilmişdir;
  • “Azərbaycan Respublikası ərazisində süxurların və günəşin yaratdığı təbii radiaktivlik xəritəsi” - bu xəritədə ilk dəfə olaraq  Azərbaycan ərazisində həm süxurların, həm də günəşin yaratdığı təbii radioaktivlik eyni bir xəritədə təsvir edilmiş və onların təsirlərinin kompleks şəkildə müqayisə edilməsinə imkan yaranmışdır. Bundan başqa Azərbaycan ərazisində təbii radioaktivliyin ölçülməsinin müasir üsulları, bu ölçmə vasitələri qurulmuş şəbəkələr  barədə  məlumatlar da xəritədə öz əksini tapmışdır.
  • “Azərbaycanın Faydalı qazıntılar xəritəsi”- bu xəritə ümumi xülasə məlumat xəritəsidir. Xəritə əvvəllər də nəşr edilmişdir və tədris üçün nəzərdə tutulmuşdur. Yeni nəşrdə faydalı qazıntıların yataqlarının yerləri daha da ətraflı əks etdirilmiş, faydalı qazıntıların çeşidləri artırılmış, nəticədə xəritə tələbələr, ali məktəb müəllimləri, alimlər, mütəxəssislər və s. istifadəçilər üçün də faydalı məlumat mənbəyi olmuşdur.
  •  “Azərbaycanın Sellər xəritəsi”- Azərbaycan ərazisində hər il müşahidə olunan sel hadisələri dağətəyi ərazilərdə kənd təsərrüfatına, nəqliyyata, digər kommunikasiya vasitələrinə, torpaq örtüyünə və s. çoxlu ziyanlar vurur. Bu xəritədə sellərin təbii – coğrafi rayonlar üzrə baş vermə müddətləri, onların yaratdığı konuslar, sellərin gətirmələrinin xüsusiyyətləri (daşlar, çınqıllar, gillər, onların çökmə sahələri, qranulometrik tərkibi, fiziki – coğrafi rayonlaşdırılması və s.) daha ətraflı əks olunmuşdur.
  • “Quba - Xaçmaz, Gəncə - Qazax, Şəki - Zaqatala, Lənkəran, Dağlıq Şirvan və Abşeron iqtisadi coğrafi  rayonlarının faydalı qazıntılar xəritələri”  -  bu xəritələr, regionların sosial - iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi çərçivəsində yerli tikinti materiallarından istifadə etməklə biznes şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin qaldırılması işlərində istifadə üçün nəzərdə tutulmuşdur. 2018-ci ilin sonunadək isə Naxçıvan və Aran iqtisadi - coğrafi  rayonlarının faydalı qazıntılar xəritələrinin nəşr edilməsi planlaşdırılır.
  • “Azərbaycan Respublikasının Milli Ensiklopediyasına daxil olan (“L” və “Q” hərfləri üzrə) xəritələr - Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə qarşılıqlı razılaşmaya əsasən əlifba sırası ilə zəruri kartoqrafik materialları Azərbaycan dilində hazırlanaraq elektron formatda təqdim olunur.Bu kartoqrafik materialların çərçivələrinin ölçüləri Milli Ensiklopediyasının nəşr etdirdiyi kitab cildlərinin ölçülərinə uyğun şəkildə xüsusi yanaşma ilə hazırlanır.
  • “Azərbaycan Respublikasının Coğrafi Atlası”- Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr olunmuşdur, yeni tərtibatda və məzmunda ən yeni elmi-tədqiqat materialları və statistik məlumatlar əsasında hazırlanaraq nəşr edilmişdir. Atlasda “Ümumcoğrafi səciyyə”, “Tarix”, “Xəzər dənizi”, “Yer qabığının geoloji quruluşu”, “Relyef və geomorfologiya”, “İqlim”, “Səth suları”, “Torpaqlar”, “Bitki örtüyü”, “Heyvanlar aləmi”, “Landşaftlar”, “Əhali”, “Sənaye”, “Kənd təsərrüfatı”, “Nəqliyyat”, “Təhsil, mədəniyyət, idman”, “Daxili və xarici əlaqələr” və “Turizm” kimi bölmələrin (18 bölmə) olacağı gözlənilir. Atlas ümumiyyətlə 200 səhifədən çox olacaqdır.
  • “Azərbaycan  meşələri” xəritəsi -  bu xəritə son zamanlar ölkəmizdə meşələrin qırılmasının qaşısının alınmasının nəticələrini, yeni meşəsalmanı, meşələrdəki ağac cinslərini, qorunması tələb olunan ağacları (adları qırmızı kitaba düşmüş ağaclar), onların ərazi üzrə paylanmasını və s. üzrə məlumatları əhatə edir. Bundan başqa xəritəyə  “Meşələrin ekoloji vəziyyəti”, “Ağac cinslərinin ekoloji rayonlar üzrə bölünməsi” fraqment  xəritələri də əlavə edilmişdir. Xəritədə meşələrin sahələri, oduncaq ehtiyyatı,  meşəsalmada üstün ağac növləri haqqında ətraflı kartoqrafik materiallar vardır“.
  • Ermənistan ərazisində Azərbaycan mənşəli hidronimlər” xəritəsi  - Bakı Dövlət Universitetinin təqdim etdiyi xəritə nümunəsində 112 adda hidroqrafiya obyektlərinin siyahısı və yerləri göstərilmişdir. Hidronimlərin Azərbaycan  mənşəli və dəyişdirilmiş adları erməni və rus müəlliflərinin Yerevan və Moskva şəhərlərində nəşr olunmuş elmi əsərlərindən, SSRİ Dövlət Su Kadastrının məlumat kitablarından,  Ermənistan ərazisinin xəritələrindən və digər mənbələrdən götürülmüşdür.
  • “Ermənistan ərazisində Azərbaycan mənşəli toponimlər” xəritəsində 392 adda toponimiya obyektlərinin siyahısı və yerləri göstərilmişdir. Bu xəritənin tərtibatında Qafqaz Hərbi Dairəsinin Hərbi Topoqrafiya Şöbəsində nəşr edilmiş “Южный Кавказ 1903 год” xəritəsindən, S. Əsədovun “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası”, Bakı, 1995-ci il; “С. Асадов Историческая география Западного Азербайджана”, Баку, 1998 год. mənbələrindən istifadə edilmişdir. Hər iki xəritədə ermənicə dəyişdirilmiş adlar qara şriftlərlə, onların altından isə qırmızı şriftlərlə Azərbaycan dilində həqiqi tarixi adları yazılmışdır.
  • Ölkənin müdafiəsi və iqtisadiyyatının ehtiyacları üçün zəruri olan 1651 nomenklaturda  müxtəlif miqyaslı topoqrafik xəritələr nəşr edilmişdir.
  • “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə zərər vurulması barədə faktların və məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması və beynəlxalq tədbirlərdə nümayiş etdirilməsi üçün” təhrif edilmiş coğrafi adların siyahısının xəritələri hazırlanaraq  aidiyyəti orqanlara göndərilmişdir.
  • 2019-cu il 29 aprel - 17 oktyabr tarixdə Pekində keçiriləcək “Yaşıl həyat, daha yaxşı həyat” Beynəlxalq Bağçılıq Sərgisi (Pekin EXPO 2019) üçün kartoqrafik materiallar hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmişdir.
  • 2018-ci ilin sonunadək Azərbaycanın Respublikasının Aqroiqlim Atlasının  nəşr üçün tərtibatının başa çatdırılması, Xızı - Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının turizm xəritələrinin, həmçinin müxtəlif miqyaslı topoqrafik xəritələrin nəşri nəzərdə tutulur.