• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

Geodeziya sahəsində həyata keçirilmiş tədbirlər

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin Qusar rayonunun Zuxul kəndindən Xəzər dənizinə qədər olan hissəsinin 67,3 km-lik hissəsinin 1:10 000 və  1:25 000 miqyaslarında işçi demarkasiya xəritələri hazırlanmış və Rusiya  tərəfi ilə razılaşdırmışdır. Həmin istiqamətdə sərhəd xətti üzrə 140 nöqtədə quraşdırılacaq dövlət sərhəd nişanlarının yerləri naturada  müəyyən edilərək koordinatları təyin edilmiş, Dövlət Sərhəd Xidmətinin nümayəndələri ilə birlikdə 38 nöqtədə dövlət sərhəd nişanları quraşdırılaraq  koordinatları təyin edilmiş, sərhəd xəttinin 67 nöqtəsində sərhəd nişanları qoyulacaq yerlərin ətrafları ot və kollardan təmizlənmiş və nişanlararası birbaşa görünüş təmin edilmişdir;  

Ölkəmizin davamlı şəkildə güclənən iqtisadiyyatında əsas amillərdən biri olan qonşu dövlətlərlə ticarət əlaqələrinin gücləndirilməsi baxımından azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə əlaqədar   Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisinin 1:10 000 miqyaslı rəqəmsal  xəritəsi hazırlanmışdır; 

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının 1.2-ci və 3.1-ci  bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin bütün sahilboyu zolağının su səthinin quru ilə təmas xəttinin təbii təsirlərlə əlaqədar son 100 ildə dəyişən ən yüksək həddinin ( -25,0 metr) göstəriciləri nəzərə alınmaqla 1:10 000 miqyaslı rəqəmsal xəritələri hazırlanmış və təsdiq edilmişdir;

Azərbaycan Respublikası Prezidentinin “Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 01 dekabr tarixli 1136 nömrəli Fərmanının bəndinin icrası məqsədi ilə Respublikanın 68 şəhər və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən kağız  və elektron formada xəritələri hazırlanmış və təsdiq edilmişdir;

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixliu 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Altıağac, Ağgöl  Milli Parklarının və Eldar Şamı, Korçay Dövlət Təbiət Qoruqlarının sərhəd hüdudları və sanitar-mühafizə zolağı əks etdirilmlş 1:10000 və 1:25000 miqyaslı rəqəmsal xəritələri tərtib edilərək Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Hirkan, Göygöl və Şirvan Milli Parklarının və Türyançay, Bakı və Abşeron palçıq vulkanlarının (16 vulkan) xəritələri hazırlanması işləri başa çatdırılaraq aidiyyəti dövlət və yerliidarəetmə qurumlarının razılaşdırılmasına verilmişdir. Samur-Yalama Milli Parkı və  Zaqatala, Qarayazı, İlisu Dövlət Təbiət Qoruqlarının elektron xəritələrinin hazırlanması işləri isə davam etdirilir;

Azərbaycan Respublikasının 29 yaşayış məntəqəsinin:  Qazax ş., Ağdaş rayonunun Ləki qəsəbəsi, Ağdam rayonunun  Quzanlı qəsəbəsi, Gədəbəy rayonunun Novosaratovka kəndi, Qazax rayonunun Daş Salahlı kəndi, Goranboy rayonunun Səfikürd qəsəbəsi, Yevlax rayonunun Aran qəsəbəsi, Göygöl rayonunun Çaykənd kəndi, Neftçala rayonunun Xıllı qəsəbəsi, Cəlilabad, Bərdə, Beyləqan və Biləsuvar, Hacıqabul, Tovuz, Ağstafa, Biləsuvar şəhərlərinin, Lənkəran rayonunun Xolmilli, Şıxakəran, Mamusta, Gərmətük kəndlərinin və  Aşağı Nüvədi qəsəbəsinin, Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsinin, Bakı şəhərinin Qaradağ rayonunun  Qobustan, Ələt, Səngəçal və Sahil qəsəbələrinin 1:2000 - 1:5000 miqyaslı elektron və kağız formatlı topoqrafik planları hazırlanaraq nəşrə təqdim olunmuşdur.