Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kadrlarla İş və Elm Şöbəsi 2009-cu ildə öz fəaliyyətini tərtib edilmiş iş planına, Nazirliyin və şöbənin Əsasnamələrinə, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinə və digər normativ–hüquqi sənədlərin tələblərinə uyğun olaraq həyata keçirmişdir.
Hesabat dövrü ərzində xarici ölkələrdə keçirilən müxtəlif səviyyəli beynəlxalq iclas, görüş və toplantılarda, həmçinin konfrans, seminar və təlim kurslarında Nazirliyin 100-dən artıq əməkdaşı iştirak etmişdir. Bunlardan Ekologiya və Təbii Sərvətlər Nazirinin şəxsən iştirak etdiyi toplantıları xüsusilə qeyd etmək lazımdır.
Ötən ilin mart ayında Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci Ümümdünya Su Forumunda Türkiyə Respublikasının Ətraf Mühit və Meşə Naziri V.Əroğlunun dəvəti ilə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov iştirak etmişdir. Həmin ilin may ayında cənab H.Bağırov Bolqarıstanın Sofiya şəhərində “Qara dəniz regionunda kiçik kənd ərazilərində su təchizatı və sanitariya” mövzusunda keçirilən Nazirlər Konfransında iştirak etmiş, ekoloji cəhətdən davamlı yaşayış məntəqələrinin yaradılması sahəsində olan təcrübə ilə əyani tanış olmaq məqsədilə Cənubi Koreya Respublikasında işgüzar səfərdə olmuşdur.
2009-cu ilin noyabr ayı ərzində cənab H.Bağırovun dəniz suyunun şirinləşdirilməsi üzrə təcrübə ilə tanışlıq məqsədilə Küveyt dövlətinə və Azərbaycan-Hindistan Hökumətlərarası ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Komissiyanın 1-ci iclasında həmsədr qismində iştirakı üçün Nyu Deliyə səfəri baş tutmuşdur. Həmin ilin dekabr ayında cənab H.Bağırov Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 15-ci tərəflər konfransının yüksək səviyyəli görüşündə iştirak etmişdir.
Cənubi Koreya Respublikasının Ətraf Mühit Nazirliyi tərəfindən keçirilmiş Koreya-Azərbaycan Ətraf mühit üzrə birgə komitənin 2-ci görüşündə Azərbaycanı Ekogiya və Təbii Sərvətlər Nazirinin müavini F.Əliyev təmsil etmişdir.
Ekogiya və Təbii Sərvətlər Nazirinin müavini N.Quliyev 2009-cu ilin dekabr ayında İsveçrədə keçirilmiş BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində davamlı inkişaf üzrə 4-cü regional iclasda Azərbaycan Respublikası Ekogiya və Təbii Sərvətlər Naziri adından iştirak etmişdir.
Ekologiyanın müxtəlif sahələrində beynəlxalq təcrübə mübadiləsi aparmaq üçün Nazirliyin 11 nəfər əməkdaşı Rusiya, Ukrayna, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, Gürcüstan, Koreya, Kanada və s. ölkələrə ezam olunmuşdur. Onlardan Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mühəndis – hidroloqu Zülfiyyə İbrahimli “2009-2010 cu illər İntellektual Mübadilə Təqaüd Proqramı”nda iştirak etmək məqsədi ilə 2 ay müddətinə Yaponiyaya ezam olunmuş, Meşələrin İnkişafı Departamentinin aparıcı məsləhətçisi A.Abbasov və Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi S.Həsənzadə 1 ay müddətinə İsraildə, Nazirliyin baş məsləhətçisi A.Sefiyev Yaponiyanın Sapporo şəhərində “Gənc liderlərin hazırlıq proqramı” layihəsi çərçivəsində “Yerli idarəetmə” mövzusunda keçirilmiş kursda iştirak etmişlər.
2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kadr potensialını yüksəltmək məqsədi ilə həm dövlət qulluğu, həm də qeyri-dövlət qulluğuna daxil olan vəzifələrə hərtərəfli hazırlıqlı, bilikli mütəxəssislər işə qəbul edilmişdir.
Hesabat dövründə Nazirliyin dövlət qulluqçularının ştat sayı 877-ə çatdırılmışdır. Hal-hazırda dövlət qulluğunda işləyənlərin sayı 781 nəfər, vakant yerlərin sayı isə 96-dır.
2009-cu il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının təşkil etdiyi müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən 5 nəfər gənc mütəxəssis Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə vakant dövlət qulluğu vəzifələrinə stajçı, 8 nəfər daimi dövlət qulluğuna qəbul edilmiş, 7 nəfər dövlət qulluqçusu isə pensiya yaşına çatdığı üçün təqaüdə çıxmışlar.
Qeyri-dövlət qulluğuna işə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun aparılır. İl ərzində sistem üzrə cəmi işə götürülənlərin sayı 694 nəfər, işdən çıxanların sayı 433 nəfər olmuşdur (o, cümlədən: öz xahişi ilə ərizələrinə əsasən işdən azad edilənlər - 423 nəfər, vəzifələrinin icrasında buraxdıqları kobud səhvlərə görə “Əmək Məcəlləsi”nin və “Dövlət Qulluğu haqqında” Qanunun müvafiq maddələrinə əsasən işdən azad edilənlər – 10 nəfər). Hal-hazırda Nazirliyin qeyri-dövlət qulluğu sistemində 8252 ştat sayı üzrə işləyənlərin sayı 7953 nəfərdir, vakant yerlərin sayı isə 299-dur.
2009-cu ildə şöbənin işçilərinin iştirakı ilə nazirliyin 1 və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrində аttestasiyalar keçirilmiş, nəticə olaraq işinin öhdəsindən gələ bilməyən, vəzifəsinin icrasında buraxdıqları kobud səhvlərə görə dəfələrlə töhmətlər almış və bundan nəticə çıxarmamış əməkdaşlar işdən azad edilmişlər.
2009-cu ildə Nazirliyin 2 dövlət qulluğu, 5 qeyri-dövlət qulluğu sayılan yeni yaradılmış 12 və 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyəti, 1, 2 və 3 saylı Yaşıllaşdırma Müəssisələri fəaliyyətə başlamışdır.
Nazirliyin bütün dövlət qulluqçularının (ştat cədvəllərinə əsasən 877 nəfər) şəxsi işlərinin xüsusi komputerlər sistemi vasitəsi ilə reyestrə salınması işi yekunlaşmaq üzrədir; dövlət qulluğu statusuna malik olan bütün təşkilatların strukturu, ştat cədvəli, işçilərin sayı barədə məlumat mütəmadi olaraq hər ayın əvvəli Azərbaycan Respublikası Prezident Administrasiyasına və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına İnternet vasitəsi ilə göndərilir.
Bundan başqa, Nazirliyin 6-cı və 9-cu təsnifatlar üzrə inzibati vəzifələrə dair vəzifə təlimatları sistemləşdirilərək dəyişikliklər aparılmaqla mütəmadi olaraq Komissiyaya təqdim edilir.
Kadr hazırlığı və elm sektoru mütəmadi olaraq Nazirlikdə və onun tabeli qurumlarında çalışan əməkdaşları çoxsaylı beynəlxalq və ölkədaxili, eyni zamanda Nazirliyin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunda keçirilən ixtisasartırma kurslarına cəlb edib.
Hesabat dövründə beynəlxalq təşkilatlar və xarici mütəxəssislər İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun işçilərinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələri və departament əməkdaşları üçün seminarlar keçirmişlər:
1. Azərbaycan və Latviya dövlətləri arasında Ətraf mühitin ekologiyasını inkişaf etdirmək məqsədilə Əmakdaşlıq layihəsi mövzusunda seminar, 01 oktyabr 2009-cu il, iştirakçıların sayı – 18 nəfər;
2. Almaniya və Azərbaycan dövlətləri arasında iqtisadi əlaqələrin inkişafı məqsədilə Almaniyanın İnWent təşkilatının proqramı çərçivəsində “Cənubi Qafqazda Regional Ətraf Mühit Siyasəti” adlı təlim kursu, Almaniyanın İnWent təşkilatı, 23 və 26-27 oktyabr 2009-cu il, iştirakçıların sayı – 20 nəfər;
3. Azərbaycan Respublikası ETSN və Almaniyanın İnWent təşkilatının proqramı çərçivəsində “Cənubi Qafqazda Regional Ətraf Mühit Siyasəti” adlı təlim kursu, Almaniyanın İnWent təşkilatı, 2-4 dekabr 2009-cu il, iştirakçıların sayı – 16 nəfər.
Cari il ərzində İxtisaslaşdırma və İxtisasartırma institutunun əməkdaşları on iki seminar – treninq və bir kurs hazırlayıb keçirmişlər:
Sıra
№-si |
Seminarın adı |
Keçirilmə yeri və tarixi |
Dinləyici
lərin sayı |
1. |
Dəniz Təcrübəvi Balıqartırma zavodunda «Balıqların biomüxtəlifliyinin qorunması və saxlanılması» |
Bakı şəhəri, Sahil qəsəbəsində
14-15 yanvar
02 (iki gün) |
26 nəfər
|
2. |
Kiçik Qafqaz Geoloji Axtarış Ekspedisiyasının mütəxəssisləri üçün seminar-treninq. |
Goranbay rayonu Qazanbulaq qəsəbəsində
29 - 31 yanvar
03 (üç gün) |
21 nəfər
|
3. |
ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində – «Atmosfer havasının və torpaq ehtiyyatlarının mühafizəsi» |
Xırdalan şəhəri
13-14 fevral
02 (iki gün) |
20 nəfər
|
4. |
Kompleks Hidrologiya və Mühəndis Geologiyası Ekspedisiyasında- Ekspedisiyanın mütəxəssisləri üçün «Hidrologiya» |
Biləcəri qəsəbəsi
10-11 aprel
02 (iki gün) |
22 nəfər
|
5. |
Ətraf Mühitin Mühafizəsi Departamentinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində «Torpaq ehtiyyatlarının mühafizəsi və yerin təkindən istifadə» |
Lənkəran şəhəri
27-30 aprel
04 (dörd gün) |
23 nəfər
|
6. |
«Azərbaycanın zəngin təbiətinin mühafizəsi, ekoloji problemlərin həlli və təbii resursların dayanıqlı istifadə edilməsi və bu sahələrdə fəaliyyətin təşkili və idarə edilməsi» |
Lənkəran şəhəri
19-20 may
02 (iki gün) |
17nəfər |
7. |
Ətraf Mühitin Mühafizəsi Departamentinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində «Torpaq ehtiyatlarının mühafizəsi və yerin təkindən istifadə » |
İsmayıllı şəhəri
29-30 iyun
02 (iki gün) |
25 nəfər
|
8. |
Meşələrin Mühafizəsi və Bərpası Departamentinin Quba meşə təsərrüfatında «Meşələrin müasir tələblərə uyğun mühafizə və bərpası» |
Quba şəhəri
4-9 avqust
05 (beş gün) |
10 nəfər
|
9. |
Meşələrin Mühafizəsi və Bərpası Departamentinin Ağcabədi meşə təsərrüfatında «Meşə əkinlərinin, meşə mühafizə və yaşıllaşdırma işlərinin aparılması» |
Ağcabədi şəhəri
15-18 oktyabr
03 (üç gün ) |
23 nəfər
|
10. |
Ətraf Mühitin Mühafizəsi Departamentinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində «Ətraf mühitin bərk istehsalat və məişət tullantılarından mühafizəsi » |
Gəncə şəhəri
22-24 oktyabr
03 (üç gün) |
13 nəfər
|
11. |
Milli Geoloji Kəşfiyyat Xidmətinin kadr və kargüzarlıq işçiləri üçün seminar -treninq. |
Bakı şəhəri
16-18 noyabr
03 (üç gün) |
18 nəfər |
12. |
Ətraf Mühitin Mühafizəsi Departamentinin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində «Azərbaycan Respublikasının biomüxtəlifliyinin qorunması və onun dayanıqlı istifadəsi» |
Bərdə şəhəri
18-21 noyabr
03 (üç gün) |
19 nəfər
|
Kurs |
1. |
Meşələrin Mühafizəsi və Bərpası Departamentinin «Azərbaycanın meşə fondu torpaqlarında, o cümlədən yaşayış məntəqələrində mədəni meşə əkinləri və yaşıllaşdırma işləri» |
Bakı şəhəri
18-29 avqust
12 (on iki gün ) |
20 nəfər
|
Seminar-treninqlər ETSN-nin müxtəlif struktur bölmələrində çalışan mütəxəssisləri əhatə etmişdir. İl ərzində bu seminarlarda 237 nəfər ixtisaslarını artırmışlar.
Azərbaycan Respublikasının “Allianz Group” şirkəti tərəfindən “İnsan kapitalı. Dövlət. Biznes” Birinci Beynəlxalq Konfrans təşkil olunmuş və bu Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyini Kadrlarla İş və Elm Şöbəsinin əməkdaşı təmsil etmişdir.
Azərbaycan Respublikası Prezident Administrasiyasının xüsusi tapşırığının icrası olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında II ali təhsil almaq məqsədi ilə Nazirliyin İstehsalat Siyasəti Şöbəsinin Plan, marketinq, vəsaitlərin hərəkəti və yeni texnikanın tətbiqi sektorunun məsləhətçisi Zamin Əhməd oğlu Orucov və Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin baş məsləhətçisi Elşən Əlisəfa oğlu Məcidov seçilmişlər və hal-hazırda onlar Akademiyanın I kursunun qiyabi şöbəsində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alırlar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə akademik kurslarının dinləyiciləri siyahısına Ətraf Mühitin Mühafizəsi Departamentinin direktor müavini – Torpaq ehtiyatlarının mühafizəsi sektorunun müdiri Mədət İlyas oğlu Novruzov daxil edilmişdir.
Hesabat dövründə peşə bayramı münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nazirliyin 3 əməkdaşı “Tərəqqi” medalı, 2 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3 əməkdaşı “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı ilə təltif olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutları öz sahələri üzrə elmi-tədqiqat və tətbiqi işlər ilə məşğul olaraq müvafiq departament və xidmətlərin rəhbərliyi ilə yaradılmış elmi şuralar tərəfindən kollegial idarə olunurlar. Aparılan elmi-tədqiqat işləri üzrə bütün hesabatlar Nazirlik səviyyəsində fəaliyyət göstərən elmi-texniki şurada müzakirə olunaraq təsdiq edilir və Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyəti qurumuna təqdim olunur.
Nazirliyin bütün elmi-tədqiqat müəssisələrində elmi işlərin aparılması prosesi 2009-cu ilin planına uyğun həyata keçirilmişdir.
Hesabat dövründə ETSN-nin aspirantlarının attestasiyası, eyni zamanda AMEA-nın Xarici dillər kafedrası tərəfindən aspirant və dissertantlar üçün İngilis dilindən bir illik kurs keçirilmişdir.
Bir neçə elm ocaqlarının - Bakı Slavyan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti - tələbələri üçün Nazirlikdə və tabeli qurumlarda istehsalat təcrübəsini keçmək üçün şərait yaranmışdır.
Kadrlarla iş və elm şöbəsinin əməkdaşları tərəfindən 2009-cu il ərzində 230-dan artıq məktuba baxılmış və icrası təmin edilmişdir. İl ərzində Nazirliyin işçilərinə 350-dən yuxarı müxtəlif məzmunlu – işçinin iş yeri və aldığı əmək haqqı barədə, dövlət qulluğu stajı barədə, pensiya yaşına çatmasına görə təqdimat xarakterli arayışlar hazırlanıb verilmiş və hətta bu cür arayışlar tək Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, hal-hazırda digər ölkələrin vətəndaşları olan, lakin bir vaxt Azərbaycanda yaşayıb işləyən vətəndaşlar üçün də onların ərizələri əsasında hazırlanıb təqdim olunmuşdur.
2008-ci il üzrə hesabatın xülasəsi
2007-ci il üzrə hesabatın xülasəsi
|