Abşeron Milli Parkı

Yaranma tarixi: 8 fevral 2005-ci il 
Yerləşməsi: Abşeron yarımadası
Sahəsi: 783 ha
Landşaft: Dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra
Rast gəlinən bitki növləri: Yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s.
Rast gəlinən heyvan növləri: Su-bataqlıq quşları (qaşqaldaq, bizquyruq, qarabatdaq, ördəkkimilər və s.), canavar, çaqqal, Xəzər tısbağası, su ilanı və s.
“Qırmızı Kitab”a daxil olan növlər: Xəzər suitisi, ceyran, adi soltanquş, ağgöz qaraördək, fısıldayan qulələk, adi flaminqo, kürən vağ, qıvrımlələk qutan və s.



                                                       FISILDAYAN QULƏLƏK

Fısıldayan qulələk Respublikanın böyük göllərində, su anbarlarında və Xəzər dənizi sahillərində yayılıb. Qışlayan və köçəri quşdur. Rəngi qar kimi ağdır (cavanlar qonur olur). Dimdiyi qırmızı-qaradır, onun dibində üst tərəfdə şişkinlik var. Suda və yerdə olanda boynunu əyib sual işarəsinə oxşayır. Səsi yoxdur, yalnız fısıldayır. Azərbaycanda Xəzər sahilində və aran rayonlarda olan iri göllərdə qışlayır, ovlanması yasaq edilib.Yuvalamayan az bir hissə (20-30 fərd) quş yayda müşahidə edilir. Noyabr ayı payız, fevralın ikinci yarısı isə yaz köçü və qayıdışıdır. Bitkilərin sualtı hissəsi (kök və zoğ) onun qidasını təşkil edir. Sapvari yosunları üstün tutur. Nadir, sayı azalan quşlar sırasındadı, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmişdir. Fevrallın son günlərində köç başlayır. Müxtəlif su həşəratları və onların sürfələri, lildə yaşayan xırda heyvanlar və həmçinin sualtı bitkilələ qidalanır.


                                                                          YOVŞAN

Yovşan cinsindən Azərbaycanda 17 növə, o cümlədən becərilən şəkildə 1 növə təsadüf olunur. Yovşan növləri əksərən çoxillik yarımkol, bəzi növləri 1 illik və ya 2 illik bitkilərdir. Səbətləri xırdadır, süpürgətipli çiçək qrupuna yığılmışdır. Küləklə tozlanan bitkilərdir. Səbətin sarğısı bir neçə cərgədə yerləşən yarpaqlardan təşkil olunmuşdur. Səbətdə kənarda yerləşən bir cərgə çiçək dişicikdaşıyan və toxuməmələgətirən çiçəklərdir, ortada yerləşən çiçəklər isə növündən asılı olaraq ikicinsli və toxuməmələgətirən və ya bircinsli erkəkcikdaşıyan çıçəklər olur. Erkəkcikdaşıyan çiçəklərdə dişicik tam inkişaf etməmiş, radiment şəklində qalmış olur. Toxumcalarının ucağını olmur. Yovşan növləri quraqlığa davamlı, az şorakət torpaqlarda belə yayıla bilən bitkilərdir. Qış aylarında qışlaqlarda yem ehtiyatı kimi yovşanların əhəmiyyəti böyükdür. Bəzi yovşan növlərinin səbətindən, qarın qurduna qarşı dərman kimi istifadə olunan santonin alınır. 

                                               XƏZƏR SUİTİSİ (Phoca caspica)

Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir. 

Əsasnamə

Abşeron Milli Parkı haqqında Ə S A S N A M Ə

24.30 KB