Şirvan Milli Parkı

Yaranma tarixi: 5 iyul 2003-cü il 
Yerləşməsi: Kür-Araz ovalığı (Qaradağ, Salyan və Neftçala  rayonları)
Sahəsi: 54 374,5 ha
Landşaft: Yarımsəhra, çöl, düzən gölü, su-bataqlıq ərazisi, dəniz sahili
Rast gəlinən bitki növləri: iydə ağacı, Xəzər sarıbaşı (Kalidium caspicum), xəzər şahsevdisi (Halostachus caspica), kol çərən (Suaeda dendroides), qarağan (Salsla dendroides), şoviç yovşanı (Artemisia Szovitsiana), budaqlı qışotu (Petrosimonia brachiata), ətli şoranqə (Salsola crass), ətirli yovşanı (Artemisia fraqrans) və s.
Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları, canavar, çaqqal, dovşan, ərəb dovşanı, ilanlar və s.
Qırmızı kitab”a daxil olan növləri: ceyran, qamışlıq pişiyi, adi flaminqo, bəzgək və s.

CEYRANLAR

Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən (Aralıqdənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası, Xəzər gekkonu,koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, suilanı, Zeytuni təlxə, qızılı təlxə, Qafqaz gürzəsi və s.) təşkil edir.
Quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınmışdır. Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasaən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördən, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləcəy ördək və digər növləri toplantılar əmələ gətirir.
Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.
Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adı sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir.
Məməli heyvanlardan Respublikamızda yayılmış demək olar ki, bütüm dəstələrin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.
Həşəratyeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, quldenştedt qonurdişi, yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi və s., gəmiricilər dəstəsindən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, kiçik Asiya ərəbdovşanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, doşankimilərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi, cütdırnaqlılardan çöl donuzu və ceyran məməlilər faunasının özəyini təşkil edir.

PALÇIQ VULKANLARI

Azərbaycanda yüksək palçıq vulkanlarının sayı həqiqətən unikaldır. Siz yüzlərlə palçıq vulkanını Bakının ətrafında təxminən 100 km-lik dairəsi çərçivəsində görə bilərsiniz. Dünyadakı palçıq vulkanlarının 50 faizi (hətta daha çoxu) Azərbaycanda yerləşir. Azərbaycanın tipik palçıq vulkanları üç amilə malik olmalıdır:
1968-ci ildən başlayaraq bir neçə il ərzində Xəzər dənizində və sahilində Azərbaycan Tarix Muzeyinin tarixi-arxeoloji ekspedisiyası tədqiqat aparıb. Xəzərdə müxtəlif təzə sualtında olan, həmçinin adalar və sahildə arxeoloji abidələr tapılıb. Onların içində əsas maraq yaradan Bəndovan 1 şəhərinin (Nord-Ost-Kultuk, Bəndovan burnundan 20 km cənuba) qalıqları sahildə müəyyən edilib.

Əsasnamə

Şirvan Milli Parkı haqqında Ə S A S N A M Ə

21.82 KB